Vitamin və Mikroelementlər

B1 vitamini faydaları nələrdir? Hansı qidalarda var?

B1 vitamini sağlamlığımız üçün çox vacib olan vitamindir. Tiamin adı ilə də tanınan bu vitamin orqanizmdə ən çox ürək-damar sistemi ilə sinir sisteminin işləməsinə təsir edir. B1 vitamini həmçinin yağ və protein parçalanmasına kömək edir. Əlavə olaraq , bu vitamin həzm sistemi divarlarını əhatə edən əzələləri qorumaq və sinir sistemi, üz, saç, göz, ağız və qaraciyər sağlamlığını dəstəkləyir. Bu vitamin anti- stress vitamin də adlanır.
Tiamin insan orqanizmində çox az miqdarda depolana bildiyi üçün gündəlik qəbul edilməli olan bir vitamindir. Onun az saxlanmasının səbəbi tiaminin suda həll olmasıdır. Araşdırmalara görə, insan orqanizmində tiamin təxminən 20 gün saxlanılır. 

B1 vitamin nələrdə var?

B1 vitamin nələrdə var? Əsasən taxıl bitkiləri, heyvani məhsullar və bəzi tərəvəzlər bu vitamin ilə zəngindir. Gündəlik qidalanmada bu qidaların yer alması sağlamlıq üçün vacibdir. Qeyd edək ki, orqanizmin sağlam fəaliyyəti üçün vacib olan B1 vitamini, sinir sistemi, əzələ funksiyası və enerji istehsalında mühüm rol oynayır. Bu vitaminin çatışmazlığı yorğunluq, əsəbilik və həzm problemlərinə səbəb olur. İndi isə keçək əsas sual olan “B1 vitamin nələrdə var?” sualına.  Aşağıdakı qidalar B1 vitamini ilə zəngin mənbələr hesab olunur:

  • Taxıl bitkiləri
  • Buğda
  • Çovdar
  • Lobya
  • Maya
  • Qoz
  • Qaraciyər
  • Ürək
  • Yumurta sarısı
  • Kəpək
  • Qulançar
  • İspanaq
  • Tuna balığı
  • Yaşıl noxud
  • Gül kələm
  • Pomidor
  • Badımcan
  • Şirin bibər

Gündəlik rasionunuza bu qidaları daxil edərək B1 vitamini çatışmazlığının qarşısını ala və orqanizminizi sağlam saxlaya bilərsiniz!

B1 vitamin çatışmazlığı

B1 vitamini, sinir sistemi, əzələ funksiyaları və maddələr mübadiləsi üçün həyati əhəmiyyət daşıyır. B1 vitamini çatışmazlığı orqanizmdə müxtəlif pozuntulara səbəb ola bilər və vaxtında qarşısı alınmazsa ciddi sağlamlıq problemləri yarada bilər. Bu vitaminin kifayət qədər olmaması nəticəsində aşağıdakı əlamətlər meydana çıxa bilər:

  • Yorğunluq, zəiflik, əsəbilik
  • İştahsızlıq
  • Ürəkbulanma, qusma
  • Depressiya
  • Baldır əzələlərində gücsüzlük
  • Yuxusuzluq
  • Fizioloji dəyişikliklər
  • Nəfəs darlığı
  • Ürək problemləri
  • İflic (sinir sisteminin zədələnməsinə bağlı)

B1 vitamini çatışmazlığının qarşısını almaq üçün rasionunuza bu vitamini ehtiva edən qidaları daxil etmək və balanslı qidalanma qaydalarına riayət etmək vacibdir!

B1 vitamini  çatışmayan zaman Beri-beri xəstəliyi əmələ gəlir.
Quru Beri- beri xəstəliyi zamanı sinir və əzələ anomaliyası, ayaq barmaqlarında tikan batması hissi, gecələr ayaqlarda yanma hissi, qıcolma və əzələ atrofiyası rast gəlinir.
Yaş Beri- beri ən çox yayılan əlamətləri şok və ölümə səbəb olmasıdır. Əlamətləri güclü ürək döyüntüsü, ayaqlarda ödem, ağciyər ödemi, aşağı təzyiq ( hipotenziya).
B1 vitamini çatışmazlığı əsasən uzunmüddətli  alkoqol qəbul edən şəxslərdə, HİV, AİDS, dializ xəstələrində, yüksək miqdarda diuretik istifadə etdikdə rasr gəlinir.

B1 vitamininin faydaları

B1 vitamini orqanizmin enerji istehsalında, beyin funksiyalarında və sinir sisteminin sağlamlığında mühüm rol oynayır. Bu vitamin yaddaş gücləndirici, stress azaldıcı və enerji verici xüsusiyyətləri ilə tanınır. B1 vitamininin əsas faydaları:

  • Yaddaşı gücləndirir,
  • Diqqət və konsentrasiyanı artırır,
  • Sinir sistemini stress və depressiyaya qarşı qoruyur,
  • İştahı artırır,
  • Sirroz və hipertiroidin qarşısını alır,
  • İnsanın enerjili və aktiv olmasını təmin edir.

B1 vitamini bədən üçün niyə vacibdir?

B1 vitamini bədənin normal işləməsi üçün lazım olan əsas vitaminlərdən biridir. Bu vitamin tiamin kimi də tanınır və əsasən qidalarla qəbul etdiyimiz karbohidratların enerjiyə çevrilməsində iştirak edir. Yəni gündəlik hərəkət, düşünmə, diqqət və ümumi aktivlik üçün B1 vitamini mühüm rol oynayır.
Bədən B1 vitaminini uzun müddət ehtiyatda saxlamır. Buna görə onun qidalanma ilə mütəmadi qəbul edilməsi vacibdir. Qidalanma balanssız olduqda, həzm problemləri yarandıqda və ya bəzi xroniki vəziyyətlər zamanı bu vitaminə ehtiyac arta bilər.
B1 vitamini yalnız enerji üçün deyil, sinir sistemi, əzələlər və ürək fəaliyyəti üçün də önəmlidir. Ona görə uzun müddət davam edən yorğunluq, halsızlıq, diqqət azalması və əsəbilik kimi şikayətlər olduqda vitamin balansının yoxlanılması faydalı ola bilər.

B1 vitamini çatışmazlığı yorğunluq yaradırmı?

Bəzi hallarda B1 vitamininə ehtiyac daha çox ola bilər:

  • qeyri-balanslı qidalanma
  • uzunmüddətli yorğunluq
  • həzm sistemi problemləri
  • xroniki xəstəliklər
  • çox karbohidratlı qidalanma
  • alkoqol istifadəsi

Bu kimi hallarda səbəbi dəqiqləşdirmək üçün həkim məsləhəti və uyğun müayinə faydalı ola bilər. B1 vitamini səviyyəsini qiymətləndirmək orqanizmdə enerji mübadiləsinin vəziyyəti haqqında əlavə məlumat verə bilər.

B1 vitamini sinir sistemi üçün niyə vacibdir?

B1 vitamini sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Sinirlər bədənin müxtəlif hissələri arasında siqnalların ötürülməsini təmin edir. Bu prosesin düzgün işləməsi üçün enerji və vitamin balansı böyük rol oynayır.
B1 vitamini çatışmazlığı sinir sistemi ilə bağlı bəzi narahatlıqlara səbəb ola bilər. Məsələn, əllərdə və ayaqlarda keyimə, yanma hissi, əzələ zəifliyi, diqqət azalması və əsəbilik kimi əlamətlər müşahidə oluna bilər. Bu əlamətlər hər zaman vitaminlə bağlı olmaya bilər, amma davamlı olduqda araşdırılması vacibdir.
Sinir sistemi ilə bağlı şikayətlərdə yalnız simptomu aradan qaldırmaq kifayət etmir. Əsas səbəbi tapmaq lazımdır. B1 vitamini səviyyəsinin yoxlanılması həkimə ümumi vəziyyəti daha düzgün qiymətləndirməyə kömək edə bilər.

B1 vitamini nə zaman yoxlatmaq lazımdır?

B1 vitamini hər kəsdə rutin olaraq yoxlanmalı deyil, amma müəyyən şikayətlər və risk faktorları olduqda müayinə tövsiyə oluna bilər. Xüsusilə uzun müddət davam edən halsızlıq, iştahasızlıq, əsəbilik, diqqət azalması, əzələ zəifliyi və sinir sistemi ilə bağlı narahatlıqlar varsa, həkim vitamin balansını qiymətləndirməyi məsləhət görə bilər.
Bəzi insanlar B1 vitamini çatışmazlığı baxımından daha riskli ola bilər. Qidalanması zəif olanlar, həzm sistemi problemi yaşayanlar, uzun müddət alkoqol qəbul edənlər və xroniki xəstəliyi olan şəxslərdə bu vitaminin səviyyəsinə diqqət etmək daha vacibdir.
B1 vitamini yoxlanması xüsusilə bu hallarda faydalı ola bilər:

  • davamlı yorğunluq və halsızlıq
  • iştahasızlıq
  • əsəbilik və diqqət azalması
  • əllərdə və ayaqlarda keyimə
  • əzələ zəifliyi
  • balanssız qidalanma
  • həzm problemləri

Analiz nəticələri həkimə şikayətlərin səbəbini daha aydın qiymətləndirməyə kömək edir. Lazım olduqda qidalanma, əlavə qəbul və ya digər müayinə planı buna əsasən müəyyənləşdirilir.

Hansı əlamətlərə diqqət etmək lazımdır?

B1 vitamini çatışmazlığı yavaş-yavaş inkişaf edə bilər və ilkin mərhələdə əlamətlər çox aydın olmaya bilər. İnsan sadəcə özünü daha yorğun, əsəbi və diqqətsiz hiss edə bilər. Bu səbəbdən uzun müddət davam edən dəyişiklikləri nəzərə almaq vacibdir.
Diqqət edilməli əlamətlər arasında halsızlıq, iştahanın azalması, əzələ zəifliyi, əllərdə və ayaqlarda keyimə, yanma hissi, yaddaş və diqqət problemləri ola bilər. Bu şikayətlər başqa səbəblərlə də bağlı yarana bilər. Buna görə yalnız əlamətlərə əsaslanaraq vitamin qəbuluna başlamaq düzgün deyil.
Əgər bu əlamətlər təkrarlanırsa və gündəlik həyata təsir edirsə, həkimlə məsləhətləşmək daha doğru yanaşmadır. Sağlam Ailə-də B1 vitamini səviyyəsinin qiymətləndirilməsi və uyğun müayinə üçün qeydiyyatdan keçə bilərsiniz.

B1 vitamini qiyməti nədən asılıdır?

B1 vitamini qiyməti məhsulun formasına, tərkibinə və istehsalçı şirkətə görə dəyişir. Bu vitamin əsasən tablet, kapsul və ampula şəklində istehsal olunur. Həm təkbaşına, həm də multivitamin komplekslərinin tərkibində də qəbul edilə bilər.
Bu vitamini almaq istəyənlər yerli apteklərdə və onlayn satış platformalarında müxtəlif B1 vitamini qiyməti ilə tanış olaraq seçim edə bilərlər. Məhsul seçərkən onun tərkibini, dozasını və keyfiyyətini yoxlamaq, ehtiyacınıza uyğun olanı seçmək vacibdir. Həkim məsləhəti olmadan dozanı aşmaq, ümumiyyətlə qəbul etmək məsləhət görülmür.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi