Vitamin və Mikroelementlər

B2 vitamini və ya Riboflavin faydaları

Riboflavin nədir? 
Riboflavin nədir? Riboflavin, B2 vitamini kimi tanınır və orqanizmin enerji istehsalında mühüm rol oynayır. Bu vitamin su ilə həll olunan bioloji cəhətdən aktiv bir maddədir. O, hüceyrə böyüməsini və funksiyasını dəstəkləyir, maddələr mübadiləsini tənzimləyir və orqanizmdə yağ, zülal və karbohidratların parçalanmasına kömək edir. Riboflavin, həmçinin göz, dəri və sinir sistemi üçün vacib bir qidadır. Şəkər səviyyəsini normallaşdırır, qocalma prosesini yavaşladır,  toxuma tənəffüsünə , karbohidratların ATF- ə çevrilməsinə kömək edir.  Riboflavin preparatları dəri xəstəlikləri, gec sağalan  yaraların, göz xəstəlikləri, şəkərli diabet, anemiya, qaraciyər sirozu və bağırsaq patologiyalarının müalicəsində istifadə olunur.
Orqanizm riboflavini özü istehsal edə bilmir, buna görə də onu qida və ya qida əlavələri vasitəsilə qəbul etmək lazımdır. Riboflavin çatışmazlığı yorğunluq, göz problemləri, ağız yaraları və dəri quruluğu kimi problemlərə səbəb ola bilər.

Riboflavinin əsas faydaları

✔ Enerji istehsalını artırır – Hüceyrələrin enerji istehsal etməsinə kömək edir.
✔ Dəri və saç sağlamlığını qoruyur – Hüceyrələrin yenilənməsini dəstəkləyir.
✔ Göz sağlamlığını gücləndirir – Görmə qabiliyyətini yaxşılaşdırır və göz yorğunluğunu azaldır.
✔ Sinir sistemini qoruyur – Beyin funksiyalarını və əhval-ruhiyyəni dəstəkləyir.
✔ Antioksidant təsir göstərir – Hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.

B2 vitamin çatışmazlığı

B2 vitamini (riboflavin) orqanizmin enerji istehsalı, maddələr mübadiləsi və hüceyrə yenilənməsi üçün vacibdir. Bu vitamin bədən tərəfindən depolanmadığı üçün gündəlik qida rasionuna daxil edilməlidir. B2 vitamin çatışmazlığı (ariboflavinoz) bir çox sağlamlıq problemlərinə səbəb ola bilər, xüsusilə dəri, göz və sinir sistemi ilə bağlı narahatlıqlara yol aça bilər. Uzun müddətli çatışmazlıq zamanı B2 vitamini bədənin protein, yağ və karbohidratları düzgün sorulmasına mane olur ki, bu da həzm problemlərinə gətirib çıxarır.
B2 vitamini çatışmazlığının əlamətləri (Ariboflavinoz):

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi