Vitamin və Mikroelementlər

B5 vitamini hansı qidaların tərkibində var?

B5 vitamini hansı qidaların tərkibində var?


B5 vitamini və ya pantotenik asit, suda həll oluna bilən vitaminlər qrupuna aiddir. Adı da bütün heyvan və bitki toxumalarında mövcud olduğu üçün “hər yerdə” mənasını verən “pantos” terminindən gəlir. 

Faydaları:

Enerji verir- Bir çox dietoloqun enerji mənbəyi olaraq təyin etdiyi B5 vitamini yorğunluğun qarşısını alır. Xüsusilə səhər yeməyində yumurta və pendir bununçün faydalıdır.
Yaraların sağalma prosesini sürətləndirir- ağız yaralarının əsas səbəbi vitamin çatışmazlığıdır. Tərkibində B5 vitamini olan qidaların nizamlı aralıqlarla istehlak edilməsi ağızdakı yaraların çox daha qısa müddətdə sağalmasına kömək edir.
Mədədə turşuluğunu tarazlayır- B5 vitamini çatışmazlığı zamanı mədədə turşu nisbəti 20 - 30% artır. Bu, həzm pozğunluğuna, qarında şişkinliyə və mədə ağrısına səbəb olur. İspanaq və gül kələm kimi tərəvəzlər mədə şikayətlərini azaltmaqda xüsusilə təsirlidir.
Dəri sağlamlığı üçün faydalıdır- pantotenik turşunun ən böyük faydalarından biri dərinin nəmliyini balanslaşdırmaqdır. Quru və ya yağlı dərisi olan insanlar tərkibində B5 vitamini olan və qidaları balanslı şəkildə istehlak etməlidirlər. Bundan əlavə, pantotenik turşu dərini daha canlı göstərir və sızanaqları təmizləyir.
Yaddaşı gücləndirir- B5 vitamini diqqət dağınıqlığından əziyyət çəkən insanlar üçün faydalıdır.
Pantoten turşusunun törəməsi olan pantetin insanlarda xolesterol səviyyəsinin enməsinə kömək edir.

B5 vitamini çatışmazlığı nadir hallarda rast gəlinir və aşağıdakı simptomlarla özünü göstərir:

yüngül formada bağırsaq narahatlığı
ishal
dəri problemləri
depressiya
şəxsiyyət dəyişiklikləri
ürək xəstəlikləri
yorğunluq
əzələ zəifliyi və kramplara səbəb olur
xüsusilə ayaqlarda yanma əmələ gəlir ki, buna “yanan ayaq sindromu” deyirlər.

Vitamin B5 (pantotenik turşu) mənbələrinə

mal əti
qaraciyər
gül kələmi
xiyar
avokado
qulançar
brokoli
kərəviz
pomidor
qatıq
yumurta
şirin kartof
kələm
şirin bibər
qarğıdalı daxildir.


Gündəlik tələbat:

0-6 ay üçün: 1,7 milliqram
6-12 ay ərzində: 1,8 milliqram
1-3 yaş üçün: 2 milliqram
4-8 yaş üçün: 3 milliqram
9-13 yaş: 4 milliqram
14 yaş və yuxarı: 5 milliqram
Hamilə qadınlarda: 6 milliqram
Südverən qadınlar: 7 milliqram

B5 Vitamini-Faydaları və Məlumatlar


B5 vitamini haqqında danışarkən, bu vitaminin bədən üçün vacib bir qida maddəsi olduğunu vurğulamaq lazımdır. B5 vitamini nələrdə var sualına cavab olaraq, bu vitaminin ət, balıq, yumurta, dənli bitkilər, tərəvəzlər və tam taxıl məhsullarında yüksək miqdarda mövcud olduğunu qeyd etmək olar. B5 vitamini bədəndə enerji istehsalında, yağların, karbohidratların və zülalların parçalanmasında əhəmiyyətli rol oynayır.

B5 vitamini faydaları arasında metabolizmin dəstəklənməsi, dəri sağlamlığının qorunması və yaraların tez sağalmasına kömək göstərilməsi yer alır. B5 vitamini cildə faydaları xüsusilə diqqətəlayiqdir, çünki bu vitamin, dərinin nəm səviyyəsini artıraraq quru və qıcıqlanmış dəri problemlərinin qarşısını alır. B5 vitamini həm də hüceyrə yenilənməsini təşviq edir, bu da dərinin parlaq və sağlam görünməsinə kömək edir.

Əgər B5 vitamini haqqında daha çox məlumat axtarırsınızsa, Sağlam Ailə Sağlamlıq Mərkəzi bu vitaminin əhəmiyyəti və necə düzgün istifadə olunması barədə geniş məsləhətlər təqdim edir. Həkim məsləhəti ilə, bu vitaminin istifadəsi bədən və dəri sağlamlığı üçün optimal nəticələr əldə etməyə kömək edəcəkdir. B5 vitamini qiyməti bir çox yerdə müxtəlifdir və istifadə etdiyiniz məhsulun tərkibinə və keyfiyyətinə görə dəyişə bilər. Sağlam Ailə Sağlamlıq Mərkəzində, B5 vitamini ilə bağlı məsləhət almaq və onun istifadəsi barədə geniş məlumat əldə etmək üçün onlayn qeydiyyat imkanı mövcuddur.

Beləliklə, B5 vitamini nələrdə var, B5 vitamini faydaları və B5 vitamini cildə faydaları haqqında ətraflı məlumatlar, bu vitaminin sağlamlıq üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Sağlamlıq mərkəzində B5 vitamini ilə bağlı analizlər və məsləhətlər üçün mütəxəssislərə müraciət edə bilərsiniz.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi