Vitamin B3 (niasin) digər adları PP vitamini, nikotin turşusu- suda həll olan vitamin olduğu üçün depolana bilmir və orqanizmdə istehsal olumur.
- Infarkt riskini azaldır- Tərkibində niasin olan qidalar pis xolesterolun (LDL) bədəndən çıxarılmasını təmin edir. Bu, infarkt riskini yarıya endirir. B3 vitamini ürək-damar xəstəlikləri üçün də faydalıdır.
- Yaddaşı möhkəmləndirir- B3 vitamini beyin sağlamlığına da müsbət təsir göstərir. Konsentrasiya və ya diqqət çatışmazlığı problemi olan insanlar onu müntəzəm olaraq istehlak etməlidirlər.
- Depressiya riskini azaldır- B3 vitamini insan psixologiyası üçün də faydalıdır. Daxili narahatlığı azaldır və insanı daha enerjili və xoşbəxt hiss etməsinə kömək edir.
- Qırışları aradan qaldırır- niasin yaşlanma ilə bağlı yaranan qırışların aradan qaldırılmasında da təsirlidir.
- Vitamin B3 serotonin sintezini artırmaq və oksidləşdirici stressi azaltmaqla həm miqren, həm də gərginlik tipli baş ağrılarının tezliyini və şiddətini azalda bilər.
B3 vitamini çatışmazlığı kimlərdə görünə bilər?
- xroniki alkoqolizm
- qarğıdalı unundan çox istifadə edənlər
- iltihabi bağırsaq xəstəlikləri
- çölyak xəstəliyi
- QİÇS
- Kimyaterapiya
- İzoniazid müalicəsi alanlar.
Pelleqra xəstəliyi vitamin B3 (Niasin) çatışmazlığı zamanı yaranan təhlükəli xəstəliklərdən biridir. , Pellagranın başlıca simptomları diareya, dermatit və demans olduğu üçün klassik olaraq 3D qısaltması ilə də tanınır. Digər əlamətləri:
- Qusma
- Mədə ağrısı və həzmsizlik
- Dəri səpgiləri (simmetrik), dərinin qızartıları, qaşınma, qabıqlanma
- Dəri yaralarında şiddətli ağrı
- Ağız boşluğunda və boğazda iltihab
- Ağız içi ödem
- Dil parlaq qırmızı görünür
- Laqeydlik vəziyyəti
- Depressiya (yüngül formada)
- Əsəbilik
- Baş ağrısı
- Yaddaş itkisi (ani, müvəqqəti və ya daimi)
- Başgicəllənmə, huşunu itirmə və ya koma.
B3 vitamini çatışmazlığının ümumi əlamətləri:
- Əsəbilik
- Yorğunluq
- Unutqanlıq
- Daxili narahatlıq hissi
- Depressiya
- Koqnitiv fəaliyyətlərdə yavaşlama
- LDL (pis) xolesterol səviyyələrində artım və HDL xolesterol səviyyələrində azalma
- Ağız boşluğunda yaralar
- Mədəbağırsaq şikayətləri
- Davamlı dəri problemleri.
Tərkibində B3 vitamini olan qidalar:
- Qaraciyər (89%)
- Toyuq döş əti (76%)
- Tuna balığı (71%)
- Günəbaxan toxumu (56%)
- Qırmızı ət (56%)
- Quzu əti (43%)
- Qızılbalıq (42%)
- Yaşıl noxud (35%)
- Göbələk (16%)