Vitamin və Mikroelementlər

VİTAMİN D

 

 D vitamini (25-OH D)

Yağda həll olan vitaminlərdən biri olan D vitamini müxtəlif qidalar və günəş işığı vasitəsi ilə qəbul edilir. Əksikliyi müxtəlif ciddi xəstəlik və simptomlara səbəb olur. 

 


Formaları

  • Vitamin D2- əsasən bitki mənşəli qidalardan əldə edilir.

  • Vitamin D3- əsasən heyvan mənşəli qidalardan əldə edilir.

Bu formalar orqanizmdə əvvəlcə qaraciyər,daha sonra böyrəkdə dəyişikliyə uğrayaraq öz aktiv formasına çevrilir.

 


Faydaları

  • Bədənin kalsium və fosforu asanlıqla mənimsəməsinə yardım edir.

  • Sümüklərin formalaşmasına və əzlələ kütləsinin artmasına təsir edir.

  • İmmun sistemin fəaliyyətinə,xüsusi ilə D3 vitamini müsbət təsir göstərir.

  • Ürək və beyin sağlamlığı üçün vacibdir. 

  • Osteoporoz və raxit kimi xəstəliklərin qarşısının alınmasında vacibdir. 

 

 


D vitamini əksikliyi

*Simptomlar

  • Sümük və əzələ ağrıları

  • Xroniki yorğunluq və halsızlıq

  • Saç tökülməsi

  • Baş ağrıları

  • Diş əti problemləri

  • Dəridə yorğunluq

*Səbəblər

  • Böyrək və ya qaraciyər çatışmazlığı- Bu orqanlarda dəyişimə uğrayaraq öz aktiv formasına keçdiyi üçün D vitamini səviyyəsinin tənzimlənməsinə təsir edir.

  • Yetərli günəş işığına məruz qalmamaq- Günəş işığı D3 vitaminin əmələ gəlməsində rol oynayır. Lakin xüsusi ilə ofis şəraitində  çalışanlar və ya günəş qoruyuculardan həddindən artıq istifadə edənlərdə D vitamini sintezi azalır.

  • Düzgün olmayan qidalanma vərdişləri- Bəzi  xüsusi pəhrizlərlə qidalananlarda məsələn vegan və ya vegeterianlarda qida maddəsi ilə yetərli miqdarda qəbul edilməyə bilər.

  • Həzm sistemi problemləri- Xüsusi ilə bağırsaq problemləri D vitaminin mənimsənilməsinə maneə olur.

*Xəstəliklər

  • Sümük sistemi xəstəlikləri: uşaqlarda: Raxit, daha yaşlılarda: osteoporoza( sümük sıxlığının azalması) səbəb olur.

  • Şəkərli diabet: Tip 2 diabet riskini artırır.

  • Depressiya: Xüsusi ilə qış aylarında mövsümi depressiyanın səbəbidir.

  • Ürək-damar sistemi xəstəlikləri: D vitamini əksikliyi qan təzyiqi səviyyəsinə də təsir edir.

 

 


D vitamini artıqlığı

*Simptomlar

  • Sümük ağrıları

  • Ağız quruluğu

  • Qəbzlik

  • Susuzluq hissi

  • Əzələ zəifliyi

  • Qanda kalsium səviyyəsinin yüksəlməsi 

 

*Səbəblər

  • Bir çox hallarda əsas səbəb kontrolsuz şəkildə D vitamini əlavələri istifadə etməkdir.

*Xəstəliklər

  • Həzm sistemi problemləri, nevroloji problemlər, böyrək problemləri, sümük və əzələ ağrıları ilə nəticələnir.

 

 


D vitamini qəbulu formaları

D vitamini qaynaqlarına günəş işığı, bitki və heyvani mənşəli qida maddələri  və qida əlavələri aiddir. 

  D vitamini ilə zəngin qida maddələri:

  • Ton balığı

  • Yumurta sarısı

  • Süd və süd məhsuları. xüsusi ilə kəsmik

  • Qaraciyər

  • Yulaf əzməsi

  • Cəfəri

  • Təbii meyvə şirələi

  • Göbələk və s.

Bir sıra orqan və toxumaların funksiyalarına təsirini nəzərə alsaq D vitamini  skrinninqi xüsusi ilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar üçün əhəmiyyətlidir. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi