B vitaminləri qrupuna daxil olan B7 vitamini Biotin və ya Vitamin H adlanır. Xüsusilə saç, dırnaq və dəri quruluşuna təsir etdiyi üçün onu “gözəllik vitamini” də adlandırırlar. Suda həll olunan vitamindir. Yoğun bağırsaqdakı bakteriyalar tərəfindən sintez edilir, həmçinin yediyimiz bir çox qidada da olur.
Biotin ürək-damar sistemində, maddələr mübadiləsində, həzm və sinir sistemlərində bir çox mühüm funksiyalara malikdir.
Faydaları:
- Bütün B vitaminləri kimi, B7 vitamini (Biotin) də yağ, zülal və karbohidrat mübadiləsində rol oynayır.
- Vitamin B7 (Biotin) qan şəkərinin səviyyəsinin tarazlaşdırılmasında rol oynayır.
- Sümük iliyi üçün çox vacib olması ilə yanaşı, sağlam sinir toxumaları üçün də vacib bir vitamindir.
- Pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterini (HDL) artırır və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.
- Saç, dəri və dırnaqların formalaşması üçün əsas protein olan keratinin istehsalında iştirak edir.
- Tiroid və adrenalin hormonlarını tənzimləməyə kömək edir.
B7 vitamini çatışmazlığında rast gəlinən əlamətlər:
- Dəridə quruluq və qabıqlanma
- Üzdə solğunluq,
- Iştahasızlıq,
- Əzələ ağrıları,
- Tez-tez qırılan və gec uzanan dırnaqlar və saçlar
- Saç tökülməsi və alopesiya,
- Anemiya,
- Sinir xəstəlikləri,
- Əllərdə və ayaqlarda uyuşma,
- Depresiya (yüngül forma).
Vitamin H ( Biotin ) ilə zəngin qidalar aşağıdakılardır:
- Badam,
- soğan,
- kök,
- fındıq,
- fıstıq,
- pomidor,
- balıq,
- süd və süd məhsulları,
- brokoli,
- avokado,
- qarğıdalı,
- düyü,
- göbələk,
- yumurta sarısı.
Biotinə olan gündəlik tələbat:
- 6 aya qədər 5 mikroqram
- 7-12 aylıq körpələr 6 mikroqram
- 1-3 yaşlı uşaqlar 8 mikroqram
- 4-8 yaşlı uşaqlar 12 mikroqram
- 9-13 yaşlı uşaqlar 20 mikroqram
- 14-18 yaşlı yeniyetmələr 25 mikroqram
- 19 yaş və yuxarı böyüklər 30 mikroqram
- Hamilə qadınlar 30 mikroqram
- Südverən qadınlar 35 mikroqram