Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri, mədəni və estetik kriteriləri özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. Əgər cəmiyyətdə sağlam ailə modeli yaratmağa əngəl olan qaydalar, səbəblər varsa, onları aradan qaldırmağın üsulları tətbiq olunmalıdır.
Bu mənada ailə qurmazdan əvvəl gənclərin müayinə olunması məsələni aktuallaşdırır. Ümumiyyətlə, bu məsələ mütəmadi olaraq gündəmə gətirilən, müzakirə olunan mövzulardandır.
Gələcək nəsillərin sağlam olması bu gün qurulan ailələrdən asılıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının da sağlamlığına birbaşa təsir edir. Bunun üçün də ailə qurmağa hazırlaşan gənclərin Nikah Öncəsi Müayinələrdən keçməsi tövsiyə olunur.
Check-up paketə daxil olan müayinələr:
- Qanın kliniki analizi + EÇS
- Sidiyin kliniki analizi
- Qan qrupunun təyini
- HBsAg - kart-test
- Sifilis - kart-test
- Anti-HIV - kart-test
- Anti-HCV - kart-test
- Hemoqlobin elektroforezi
- Ginekoloji transabdominal USM
- Ginekoloqun konsultasiyası
Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.