Qadınlar üçün

Hormonlar böyümə və inkişaf, mayalanma və cinsi funksiyalara kimi müxtəlif proseslərə təsir edərək bütün orqanların funksiyasını idarə edir. Çox az miqdarda hormon bədəndə çox böyük reaksiyalara səbəb ola bilər.
Bu səbəblərdən orqanizmdə hormonların vəziyyətinə mütləq nəzarət edilməlidir. 

17-hidroksiprogesteron  (17-OHP) -  kortizolun sintezi prosesində əmələ gələn steroid hormondur. Kortizol sintezində çoxlu  fermentlər iştirak edir. 

DHEA-S (dehidroepiandrosteron-sulfat)- Böyrəküstü vəzinin androgen hormonudur. Böyrəküstü vəzin qabıq maddəsində sintez olunur.  Bu hormonun səviyyəsi  böyrəküstü vəzinin androgen-sintetik aktivliyinin göstəricisidir. 

LH- üteinləşdirici hormon (LH) qlikoproteid qonadotrop hormondur. Hipofizin ön payında hipotalamusun rilizin faktorunun təsiri altında  bazofil hüceyrələr tərəfindən sintez olunur.

Testosteron - Qadınlarda yumurtalıqlarda follikulların reqressiyası mexanizmində və hipofizin qonadotrop hormonlarının səviyyəsinin idarə olunmasında iştirak edir.

Sərbəst T4 - zülal sintezinin ən vacib stimulyatorlarından biridir.  Qalxanabənzər vəzinin  follikulyar hüceyrələri tərəfindən TSH nəzarəti altında sintez olunur. 

TSH - qalxanabənzər vəzinin hormonları(tiroksin və triyodtironin) ifraztını tənzimləyir.Qalxanabənzər vəzinin hormonları orqanizmdə enerji sərfiyyatının əsas tənzimçiləridir,onların lazım olan səviyyədə konsentrasiyası bütün orqanların normal fəaliyyəti üçün çox vacibdir.

FSH - Follikul stimuləedici hormon (FSH) hipofizin qlikoproteid qonadotrop hormonudur.  Kişilərdə spermatogenezin, qadınlarda isə follikulların inkişafını stimulə edir.

Estradiol (E2) - Cinsi steroid hormonlarından biridir.  Qadınlarda yumurtalıqlarda, ciftdə və böyrəküstü vəzidə sintez olunur. Sintezini  FSH, LH və prolaktin hormonları idarə edir. 

Prolaktin - Prolaktin süd vəzinin proliferasiyası və süd sekresiyasını stimulə edən polipeptid hormondur.  Hipofizin ön payında, az miqdarda periferik toxumlarda da sintez olunur.  

Kortizol - adrenal korteksdə istehsal olunan bir hormondur. Bədəni stresdən qoruyur, qan təzyiqi səviyyələrini tənzimləyir və zülal, yağ və karbohidrat mübadiləsində iştirak edir.

Check-up müayinələr üçün onlayn qeydiyyatdan keçmək mütləqdir.
(+994 55)4000910 whatsapp və ya (012) 910 Çağrı mərkəzi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi