Qadınlar üçün

Uşaqlıq boynu xərçəngi  sürətlə cavanlaşan bir xəstəlikdir. Qadınlar arasında süd vəzi xərçəngindən sonra rastgəlməsinə görə ikinci yerdə dayanır. Artıq 20 yaşlarındakı xanımlarda da müşahidə olunan bu onkologiya üçün profilaktik müayinə bir çox ölkələrdə icbaridir.

Uşaqlıq boynu xərçəngi qadınlar arasında ən çox rast gəlinən 5 xərçəng növündən biridir.

Uşaqlıq boynu xərçəngi serviks adlanan nahiyədə inkişaf edən bir  xərçəng növüdür. Uşaqlıq boynunun səthini meydana gətirən hüceyrə təbəqəsi anormal hüceyrələrə çevrildiyi zaman 'xərçəng önü hüceyrələr adlandırıla bilən hüceyrələr meydana çıxır. Xərçəng önü hüceyrələr erkən aşkarlanmadıqda və müalicə edilmədikdə, uşaqlıq boynu xərçənginə çevrilə bilər.

Erkən mərhələdə uşaqlıq boynu xərçənginin adətən heç bir əlaməti olmur.

Lakin irəli dövrlərdə aşağıdakı əlamətlərə rast gəlinə bilir:

  • Cinsi əlaqədən sonra, menstrual tsikl aralarında və ya menopauzadan  sonra vaginal qanaxma
  • Qatı və pis qoxusu olan sulu, qanlı vaginal axıntı
  • Cinsi əlaqə zamanı pelvikdə və ya ümumi ağrı
  • Cinsi nahiyədə doluluq və kütlə olma hissi

Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinmə səbəbi HPV virusudur. Lakin HPV virusu keçirmiş hər bir qadında uşaqlıq boynu xərçəngi yaranmır.

Hər bir qadına müəyyən aralıqlarla uşaqlıq boynu xərçənginə qarşı yoxlanılmaq tövsiyyə olunur.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi