Tibbi məlumatlar

Anemiya nədir?

nemiya nədir, qan hemoglobin səviyyəsinin azalması ilə xarakterizə olunan bir xəstəlikdir. Anemiya - qan azlığı əlamətləri arasında halsızlıq, yorğunluq və dəri solğunluğu, eyni zamanda bəzən nəfəs darlığı və başgicəllənmə ilə də ola bilər. Qanda kifayət qədər sağlam qırmızı qan hüceyrəsi və ya hemoglobin olmadığı zaman meydana gələn bir vəziyətdir. Hemoqlobin, oksigenin daşınmasından məsul olan qırmızı qan hüceyrələrində olan bir molekuldur. Anemiya simptomları bədəndə çox az və ya anormal qırmızı qan hüceyrəsi varsa və ya hemoqlobin quruluşunda olan anomaliyalar və hemoqlobin miqdarının az olması zamanı ortaya çıxır.  Bədənin toxumalarına kifayət qədər oksigen gəlməməsi nəticəsində yorğunluq və zəiflik kimi anemiya simptomları inkişaf edir. Anemiya xəstəliyi düzgün müalicə olunmazsa, uzunmüddətli sağlamlıq problemlərinə yol aça bilər.

Anemiya xəstəliyi səbəbləri nələrdir? 

 

Orqanizmin həyatda qala bilməsi üçün qırmızı qan hüceyrələrinə ehtiyacı var. Qırmızı qan hüceyrələrində tərkibində dəmir molekullarını daşıyan  kompleks protein olan hemoqlobin olur. Hemoqlobin molekulları oksigeni ağ ciyərdən bədənin digər hissəsinə daşıyır. Anemiya qanda kifayət qədər qırmızı qan hüceyrəsi olmadıqda meydana gəlir. Bəzi xəstəliklər və vəziyətlər qırmızı qan hüceyrələrinin sayında azalmaya səbəb ola bilər. Anemiyanın bir çox növü vardır və bunun səbəbi tək deyil. Bəzən dəqiq səbəbi təyin etmək çətin ola bilər. Bəs anemiyaya səbəb nədir? Anemiyanın səbəbləri aşağıdakı kimi sadalana bilər:

  • Orqanizmdə  kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edilə bilməməsi
  • Qanaxma səbəbiylə qırmızı qan hüceyrələrinin azalması
  • Bədəndə normaldan daha qısa müddətdə qırmızı qan hüceyrələrinin parçalanması

Müxtəlif anemiya növləri fərqli səbəblərə malikdir. Anemiya növləri ilə əlaqəli bəzi səbəblər bunlardır:

Talassemiya

  • Dəmir çatışmazlığı anemiyası: Dəmir çatışmazlığı anemiyası ən çox görülən anemiya növüdür. Dəmir çatışmazlığı anemiyası orqanizmdə dəmir çatışmazlığından qaynaqlanır. Sümük iliyinin qırmızı qan hüceyrələrinin ehtiyac duyduğu hemoglobini meydana gətirməsi üçün dəmir lazımdır. Kifayət qədər dəmir olmasa, qırmızı qan hüceyrələrinin istehsalı üçün lazım olan hemoglobin meydana gələ bilməz. Bu tip anemiyaya, dəmir preparatı qəbul etməyən bir çox hamilə qadınlarda rast gəlinir. Əlavə olaraq, menstrual dövrdə qanaxmanın çox olması, mədə xorası və xərçəng kimi xəstəliklər də dəmir çatışmazlığı anemiyasına səbəb ola bilər.
  • Vitamin çatışmazlığı anemiyası: Bədəndə dəmirdən başqa kifayət qədər sağlam qırmızı qan hüceyrəsi istehsal etmək üçün fol turşusu (B9)B12 vitamini lazımdır. Bu vitaminlərin çatışmazlığı olan qidalanmada qırmızı qan hüceyrəsi istehsalının azalması ilə nəticələnə bilər. Bundan başqa, kifayət qədər B12 qəbul edən  bəzi insanlar bağırsaqdakı vitamini qəbul etməkdə çətinlik çəkirlər. Bu malabsorbsiya B12 vitamini çatışmazlığı anemiyasına səbəb ola bilər.
  • Xroniki xəstəlik anemiyası: Xərçəng, HİV / AİDS, revmatoid artrit, böyrək xəstəliyi, Crohn xəstəliyi kimi bəzi iltihabi xəstəliklər qırmızı qan hüceyrələrinin istehsalını maneə törədə bilər.
  • Aplastik anemiya: Aplastik anemiya nadir, lakin həyati təhlükəli bir anemiya növüdür. Bədənin kifayət qədər qırmızı qan hüceyrəsi istehsal etmədiyi zaman meydana gəlir. Aplastik anemiyanın səbəbləri arasında infeksiyalar, bəzi dərmanlar, autoimmun xəstəliklər və zəhərli kimyəvi maddələrə məruz qalma var.
  • Sümük iliyi xəstəliyi ilə əlaqəli anemiyalar: leykoz və miyelofibroz kimi müxtəlif xəstəliklər sümük iliyində qan hüceyrəsinin əmələ gəlməsini təsir edərək anemiyaya səbəb ola bilər. Bu növ xərçənglərin və xərçəngə bənzər xəstəliklərin təsiri yüngül və ya həyati təhlükəli ola bilər.
  • Hemolitik anemiyalar: Hemolitik anemiyalar, qırmızı qan hüceyrələrinin parçalanması, istehsalından daha sürətli olduqda meydana gəlir. Bəzi qan xəstəlikləri qırmızı qan hüceyrələrinin məhv edilməsini artırır. Hemolitik anemiya valideynlərdən genetik olaraq keçə bilər və ya daha sonra baş verə bilər.
  • Oraq hüceyrə anemiyası: Oraq hüceyrə anemiyası irsi hemolitik anemiya növüdür. Bunun səbəbi qırmızı qan hüceyrələrinin anormal oraq şəklində meydana gəlməsi ilə nəticələnən anormal hemoglobin formasının olmasıdır. Anormal formalı bu qan hüceyrələri vaxtından əvvəl ölür. Bu, qırmızı qan hüceyrələrinin xroniki çatışmazlığına səbəb olur.
  • Xroniki qurğuşun zəhərlənməsi səbəbindən anemiya

Anemiya əlamətləri nələrdir? 

 

Anemiya simptomları, anemiyanın növünə və şiddətinə, qanaxma, mədə xorası, mensturasiya problemləri və ya xərçəng kimi sağlamlıq problemlərinə görə dəyişir. Əsas problemlərin spesifik simptomları adətən anemiya ilə əlaqəli simptomlardan əvvəl hiss edilə bilər. Bədənin anemiya ilə əlaqəli erkən simptomları kompensasiya etmək üçün fövqəladə qabiliyyəti var. Anemiya mülayimdirsə və ya uzun müddət yavaş-yavaş inkişaf edərsə, heç bir simptom hiss edilməyə bilər. Bir çox anemiya növünə xas olan simptomlar bunlardır:

  • Tez  yorulma və enerji itkisi
  • Sürətli və ya aritmik ürək döyüntüsü
  • Tənəffüs çatışmazlığı
  • Sinə ağrısı
  • Baş ağrısı Başgicəllənmə
  • Solğun dəri
  • Ayaqlarda tutmalar
  • Yuxusuzluq

Bəzi anemiya formalarında spesifik simptomlar ola bilər. Bu simptomlar aşağıdakı kimi sadalana bilər:

  • Dəmir çatışmazlığı anemiyası: Kağız, buz və ya torpaq kimi qəribə maddələri yemək istəyi, qaşıq dırnaqları adlandırılan dırnaqların yuxarı əyriliyi, ağız künclərində çatlar
  • Vitamin B12 çatışmazlığı: əllərdə və ya ayaqlarda qarışqalanma və uyuşma, toxunma hissinin itməsi, ağsayaraq yerimə və ya yerimədə çətinlik, qol və ayaqlarda sərtlik, halsızlıq.
  • Xroniki qurğuşun zəhərlənməsi səbəbindən anemiya: Diş ətində mavi-qara xətt, qarın ağrısı, qəbizlik, qusma
  • Hemolitik anemiya (Xroniki qırmızı qan hüceyrələrinin məhv edilməsindən qaynaqlanan anemiya): Sarılıq (dəri və gözlərin saralması), qəhvəyi və ya qırmızı sidik, ayaq yaraları, körpələrdə inkişaf geriliyi, öd daşı  simptomları
  • Oraq hüceyrəli anemiya: Yorğunluq, infeksiyalara həssaslıq, uşaqlarda böyümə və inkişaf geciməsi, xüsusən oynaqlarda, qarın və əzalardakı şiddətli ağrılar.
  • Aplastik anemiya: qızdırma, tez-tez infeksiyalara yoluxma və dəri səpgiləri
  • Fol  turşusu çatışmazlığı anemiyası: qıcıqlanma, ishal və dilin hamar olması

Anemiyaya qarşı nə faydalıdır? 

 

Anemiya immunitet sistemini zəiflətməyə meyllidir və bu səbəbdən insan infeksiyalara və iltihablı xəstəliklərə daha çox meylli ola bilər. Yeterli miqdarda C vitamini immuniteti gücləndirir və dəmirin mənimsənilməsinə də kömək edir. C vitamininə olan ehtiyacınızı ödəmək üçün hər gün portağal yemək və ya bir stəkan limon suyu içmək yaxşı olardı.

Ispanaq, kərəviz, xardal və brokoli kimi yaşıl tərəvəzlərdə olan yüksək miqdarda xlorofil yaxşı dəmir mənbəyidir. Ispanağı çiy qəbul  etməkdən bişirmək daha yaxşıdır. Çiy ispanaqdakı oksalik turşu bədəndə dəmirin əmilməsinin qarşısını ala bilər. Təzə çuğundur və ya nar suyu böyük qan əmələ gətirici və qan təmizləyici rolunu oynayır. Çuğundur fol turşusu ilə də zəngindir. Küncüt toxumu, xüsusən də qara küncüt toxumu dəmir qəbulunu artırmaq üçün yaxşı bir yoldur.

Talassemiya nədir sualı, genetik olaraq keçən və qırmızı qan hüceyrələrinin düzgün əmələ gəlmədiyi bir qan xəstəliyini izah edir. Talassemiya qan analizi xəstəliyin diaqnozu üçün əsas testlərdən biridir və dəmir səviyyəsi və qırmızı qan hüceyrələrinin vəziyyətini qiymətləndirir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi