İshal nədir?
İshal, bağırsaq hərəkətlərinin sürətlənməsi nəticəsində nəcis konsistensiyasının yumşalması və tez-tez tualetə getmə ilə xarakterizə olunan bir həzm problemi hesab olunur. Bağırsaqlar düzgün işləmədikdə, su və qida maddələri yaxşı sorulmur, nəticədə nəcis daha maye hal formasını alır.
Adətən, ishal zamanı nəcis daha yumşaq və maye konsistensiyalı olur. Bəzi hallarda qida tam həzm olunmamış formada xaric edilir. Bununla yanaşı, qarın ağrısı, sancılar və orqanizmdə susuzluq (dehidratasiya) kimi əlavə simptomlar da müşahidə edilə bilir..
İshal qəfil başlayır və bir neçə gün davam edə bilir. Bəzi hallarda bu, qısa müddətli (akut) bir problem olur və orqanizm özü-özünü bərpa edir. Lakin bəzi insanlarda ishal uzun müddət, hətta həftələrlə davam edə bilir ki, bu zaman mütləqdir ki, həkimə müraciət olunsun. Əks halda bədəndə su itkisi yana bilir. Qeyd edək ki, bu hal “xroniki ishal” adlanır. Əsasən bağırsaq xəstəlikləri, həzm problemləri və ya dərman istifadəsi ilə əlaqəli olaraq yarana bilir.
Yüngül ishal hallarında bədən özünü bərpa edə bilir və xüsusi müalicəyə ehtiyac olmur. Lakin ishal uzun müddət davam etdikdə və ya çox tez-tez baş verdikdə, bu, orqanizmdə ciddi maye və elektrolit itkisinə səbəb olur. Xüsusilə uşaqlarda, yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə ishal ağır fəsadlara yol açır. Buna görə ishalın müddətinə və simptomlarına diqqət yetirmək və lazım gəldikdə müvafiq tədbirlər görmək vacibdir.
İshal səbəbləri nələrdir?
İshal haqqında məlumat aldığımıza görə indi bu problemin yaranma səbəbini ətraflı şəkildə araşdıra bilərik:
1. Viruslar
Bağırsaq infeksiyalarının ən çox rast gəlinən səbəblərindən biri viruslardır. Rotavirus, Norovirus və Adenovirus kimi viruslar həzm sistemini zəiflədir, bağırsaq divarını qıcıqlandırır və suyun düzgün sorulmasını əngəlləyir. Nəticədə, bədəndən daha çox maye ifraz olunur və ishal yaranır. Virus mənşəli ishal, xüsusilə uşaq bağçalarında, məktəblərdə və ictimai yerlərdə sürətlə yayıla bilir.
2. Bakteriyalar
Bakteriyalar da bağırsaq infeksiyalarının əsas səbəblərindən biridir. Salmonella, E. Coli, Campylobacter və Shigella kimi patogen bakteriyalar çirkli su və ya yaxşı bişirilməmiş qidalar vasitəsilə insan orqanizminə daxil olur. Bu bakteriyalar bağırsaqlarda sürətlə çoxalaraq toksinlər ifraz edir və həzm sistemində pozuntulara səbəb olur. Bakterial mənşəli ishal adətən qida zəhərlənməsi ilə əlaqəli olur və şiddətli qarın ağrısı, hərarət və qusma ilə müşayiət edilə bilər.
3. Parazitlər
Bağırsaq parazitləri də ishala səbəb ola bilən təhlükəli amillərdən biridir. Giardia və Cryptosporidium kimi parazitlər çirkli sudan və ya gigiyena qaydalarına düzgün əməl olunmadıqda bədənə keçə bilər. Bu parazitlər bağırsaq selikli qişasına yapışaraq həzm sisteminin işini pozur və bağırsaqlarda iltihabi proseslərə səbəb olur. Parazit mənşəli ishal adətən davamlı və xroniki olur. Uzun müddət müalicə olunmazsa, orqanizmin zəifləməsinə gətirib çıxara bilir.
4. Qida intoleransları və allergiyalar
Bəzi insanlar müəyyən qidaları həzm edə bilmədiyi üçün ishal problemi ilə qarşılaşa bilərlər. Laktoza dözümsüzlüyü və qlüten həssaslığı (çölyak xəstəliyi) bağırsaqlarda həzm pozuntularına və iltihaba səbəb olur. Laktoza dözümsüzlüyü olan insanlarda süd məhsulları istehlak edildikdə mədə sancıları, qaz və ishal meydana gəlir. Qlütensiz pəhriz saxlamayan çölyak xəstələrində isə bağırsaq divarının zədələnməsi nəticəsində xroniki ishal müşahidə oluna bilər.
5. Antibiotiklər və digər dərmanlar
Bəzi dərmanlar, xüsusilə antibiotiklər, bağırsaq florasını dəyişdirərək faydalı bakteriyaların sayını azalda bilər. Bu isə patogen mikroorqanizmlərin çoxalmasına və bağırsaqların normal fəaliyyətinin pozulmasına səbəb ola bilir. Clostridium difficile adlı bakteriya antibiotik istifadəsi ilə əlaqəli ishalın əsas səbəblərindən biridir. Bundan əlavə, kimyəvi müalicələr (kemoterapiya), mədə turşusunu azaldan dərmanlar və bəzi antidepresantlar da ishala yol aça bilər.
6. Stress və emosional hallar
Emosional vəziyyət də bağırsaq sisteminə birbaşa təsir edə bilər. Stress, həyəcan və narahatlıq həzm sisteminin fəaliyyətinə təsir edərək bağırsaq hərəkətlərinin sürətlənməsinə və ishalın meydana gəlməsinə səbəb ola bilər. İrritabl Bağırsaq Sindromu (IBS) kimi xəstəliklərdə, xüsusilə stressə həssas insanlarda ishal və qarın sancıları daha çox müşahidə olunur.
7. Bağırsaq xəstəlikləri və xroniki həzm problemləri
Bəzi xroniki bağırsaq xəstəlikləri də uzunmüddətli ishalın səbəbi ola bilər. Crohn xəstəliyi, Ülserativ kolit və İrritabl Bağırsaq Sindromu (IBS) kimi pozuntular bağırsaqlarda iltihab, həzm problemləri və su itkisinə səbəb olaraq davamlı ishal yaradır. Xroniki ishal hallarında diaqnozun dəqiq qoyulması və düzgün müalicə planının hazırlanması vacibdir.
Tez-tez ishal olmaq və səbəbləri
Tez-tez ishal olmaq, sadəcə bir həzm pozuntusu kimi görünsə də, əslində bədənin verdiyi ciddi bir siqnaldır. Davamlı olaraq baş verən ishal, orqanizmdə bir problemin mövcud olduğunu göstərir və bu vəziyyət nəzarətsiz qaldıqda daha ciddi sağlamlıq fəsadlarına yol aça bilər. Tez-tez ishal olmaq həm bağırsaq sistemində pozuntular, həm də immun sisteminin zəifləməsi ilə bağlı olur. Belə hallar mütləq nəzərə alınmalı və əsas səbəbin aşkarlanması üçün həkimə müraciət edilməlidir.
Tez-tez ishal olmaq və səbəbləri:
- Qida dözümsüzlükləri və bağırsaq xəstəlikləri
- Xroniki infeksiyalar və ya parazitlə
- Antibiotik istifadəsi və bağırsaq mikroflorasının pozulması
- Hormonal pozuntular (tiroid xəstəlikləri)
- İmmunitet sisteminin zəifləməsi və autoimmun xəstəliklər
Əgər tez-tez ishal olmaq gündəlik həyatına təsir edirərək uzun müddət davam edirsə, bu zaman həkimə müraciət etmək vacibdir. Uzunmüddətli ishal bədənin maye və elektrolit balansını pozaraq susuzluğa səbəb ola bilər. Bu vəziyyət düzgün müalicə olunmadıqda, daha ciddi bağırsaq problemlərinə gətirib çıxara bilir.
Qarın ağrısı ishal zamanı nə etməli?
Qarin agrisi ishal zamani ne etmeli? Qarın ağrısı ishal zamanı ən çox rast gəlinən və narahatlıq yaradan simptomlardan biridir. Həzm sistemində yaranan infeksiya, iltihabi proseslər, qaz yığılması və bağırsaq hərəkətliliyinin artması nəticəsində qarında sancılar və narahatlıq hissi baş verə bilir. Bəzi hallarda bu ağrılar yüngül və keçici olsa da, bəzi hallarda şiddətlənərək ciddi bir problemin əlaməti olaraq bilinir.
İshal zamanı yaranan qarın ağrıları əsasən bağırsaqlardakı qaz yığılması və spazmlarla əlaqəlidir. Bağırsaq divarları normadan daha çox işlədiyi üçün burada əzələlərin həddindən artıq yığılması baş verir və bu da sancılar yaradır. Qarın ağrısını yüngülləşdirmək və bağırsaqları sakitləşdirmək üçün bir neçə tədbir görmək mümkündür.
Qarın ağrısı və ishal zamanı görüləcək tədbirlər:
- Bol maye qəbul etmək.
- Bağırsaqları sakitləşdirən qidalar yemək
- Süd məhsullarından uzaq durmaq
- Qarın nahiyəsinə isti kompres qoymaq
- Ağır yeməklərdən və qazlı içkilərdən çəkinmək
Əgər qarın ağrısı çox şiddətlidirsə, uzun müddət davam edirsə və ya qana bənzər nəcis müşahidə edilirsə, bu, daha ciddi bir xəstəliyin əlaməti ola bilər və dərhal həkimə müraciət etmək tövsiyə olunur.
Hamiləlikdə ishal niyə olur?
Hamiləlikdə ishal bəzi qadınlarda müşahidə olunan problemlərdən biridir. Çünki hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklər həzm sisteminə təsir edərək ishal kimi narahatlıqlara səbəb ola bilər. Hormonal dəyişikliklər, qidalanma vərdişlərinin dəyişməsi və həzm sisteminin həssaslaşması bu prosesdə əsas rol oynayır. Hamilə qadınların bağırsaq florası normadan daha həssas olur və bəzi qidalara, vitaminlərə və hətta stressə qarşı fərqli reaksiyalar göstərə bilir.
Hamiləlikdə baş verən ishal qısamüddətli və yüngül keçə bilər. Ancaq uzun müddət davam edərsə, ciddi maye itkisinə səbəb olur. Bu vəziyyət dölün sağlamlığı üçün də risk yarada biləcəyi üçün xüsusi diqqət tələb edir. İshal ilə yanaşı qarın ağrısı, bədən zəifliyi və yüksək hərarət kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.
Hamiləlikdə ishalın səbəbləri nələrdir?
Hamiləlikdə ishalın yaranmasına səbəb olan müxtəlif amillər mövcuddur. Bunlardan bəziləri təbii fizioloji dəyişikliklərlə əlaqəli olsa da, bəziləri qidalanma və infeksiyalarla bağlı ola bilər.
3. Probiotiklərdən istifadə edin
Bağırsaq florasının bərpası üçün probiotiklər çox vacibdir. Xüsusilə Lactobacillus və Saccharomyces boulardii tərkibli probiotiklər uşaqlarda bağırsaq sağlamlığını bərpa edərək ishalın müddətini qısaldır. Probiotiklər təbii olaraq qatıq və kefirdə də mövcuddur, lakin bəzi hallarda həkim məsləhəti ilə xüsusi probiotik əlavələr də istifadə edilə bilər.
4. Uşağın ümumi vəziyyətini yoxlayın
Əgər uşaqda ishal halsızlıq, qızdırma, qarın ağrısı və ya susuzluq əlamətləri ilə müşayiət olunursa, bu, daha ciddi bir problemin göstəricisi ola bilər. Xəbərdaredici əlamətlərə diqqət yetirmək vacibdir.
Təhlükəli əlamətlər:
24 saatdan çox davam edən ishal
Qanlı və ya selikli nəcis
Qızdırma və üşütmə
Dəri və dodaqların quruması (susuzluq əlaməti)
Ağır qarın ağrısı və ya sancılar
5. Həkimə müraciət edin
Əgər uşaqda ishal 24 saatdan çox davam edərsə, qızdırma və ya qanlı ishal müşahidə olunarsa, həkimə müraciət etmək mütləqdir. Xüsusilə 6 aydan kiçik körpələrdə və immun sistemi zəif olan uşaqlarda ishal daha təhlükəli ola bilər və tibbi yardım tələb edə bilər.
İshal dərmanı
İshal dermani bu problemlə üzləşənlərin axtardığı müalicə vasitələrindən biridir. İshal üçün istifadə olunan dərmanlar vəziyyətin səbəbinə görə dəyişir. Əgər ishal infeksiya nəticəsində yaranıbsa, antibiotiklər təyin edilə bilər, lakin əksər hallarda simptomatik müalicə tətbiq edilir.
Ən çox istifadə olunan ishal dərmanları:
- Loperamid (Imodium) – Bağırsaq hərəkətliliyini azaldaraq ishali yavaşladır.
- Aktiv kömür – Zəhərli maddələri və bakteriyaları udaraq bağırsaqları təmizləyir.
- Smekta (Diosmektit) – Bağırsaqları qoruyaraq su itkisini azaldır.
- Probiotiklər (Enterol, Linex) – Faydalı bakteriyalar bağırsaq florasını bərpa edir.
İshal zamanı xalq təbabəti
İshal zamanı xalq təbabəti təbii müalicə üsulları ilə bağırsaq sistemini sakitləşdirməyə və simptomları yüngülləşdirməyə kömək edə bilər. Təbii bitki dəmləmələri və bağırsaqları qoruyucu qidalar həzm sisteminə müsbət təsir göstərərək ishalın şiddətini azalda bilir.
Xalq təbabətində istifadə olunan üsullar, adətən, bağırsaqların normallaşmasını sürətləndirmək, bədənə itirilmiş mayeni qaytarmaq və bağırsaq florasını bərpa etmək məqsədi daşıyır. Lakin uzun müddət davam edən və ya şiddətli ishal zamanı yalnız xalq təbabətinə güvənmək olmaz. Əgər vəziyyət 24-48 saat ərzində yaxşılaşmazsa, həkimə müraciət etmək vacibdir.
Ən təsirli xalq təbabəti üsulları
1. Düyü suyu (Bağırsaqları qoruyaraq su itkisini azaldır)
2. Nanə çayı (Bağırsaq sancılarını və narahatlığı azaldır)
3. Zəncəfil çayı (Bağırsaq infeksiyalarına qarşı təsirlidir)
4. Nar qabığı dəmləməsi (Təhlükəsiz və güclü antibakterial vasitə)
Qeyd edək ki, xalq təbabəti üsulları yüngül və qısa müddətli ishal hallarında təsirli olsa da, ağır hallarda mütləq tibbi müdaxilə tələb olunur. Sağlam qidalanma, düzgün maye qəbulu və təbii vasitələrlə dəstəkləyici müalicə tətbiq edildikdə, ishalın daha tez keçməsinə kömək etmək mümkündür.