QARACİYƏR SİRROZU

Виды иммунитетаHLA анализГенная терапияCOVID-19 тестСиндром ДаунаЦелиакияЧто такое непрямая реакция Кумбса? Почему сдается анализ?Высокая температураФункциональные пробы печени-АЛТЧто такое гемоглобин (HGB)?Защитите свой мозг!Что такое C-реактивный белок (CRP)?Причины головной боли, ее симптомы и лечениеЧто такое инсулин? Причины повышенного и пониженного инсулина.Защитим здоровье наших глаз!Комплексная лабораторная диагностика инфекцииCOVID-19Что такое герпес? Что вызывает герпетическую инфекцию?Боль в суставахПервая медицинская помощьЧто нам нужно знать о вакцине Covid-19?Что такое креатинин?АКНЕ - воспаление волосяных фолликулов и сальных железЧто такое бруцеллез и как он передается?Что такое лейкоцит?Что такое тестостерон?Что такое пролактин?Что такое рак?Иммунитет против SARS-COV-2 после вакцинацииЧто такое папиллома и что такое вирус папилломы человека (ВПЧ)?Здоровое сердцеПандемия и стрессЧто такое холестерин?Токсоплазма этоТалассемия этоТТГ - тиреотропный гормонАтеросклерозВитамин DСахарный диабет. Причины, развитие, симптомы, диагностика.Когда требуется УЗИ брюшной полости?Что такое спермограмма? Как сдать анализ на спермограмму?Что такое фолиевая кислота (витамин В9)?Что такое эритроциты (красные кровяные тельца)?Наркотическая зависимость и ее вредЧто такое цинк (Zn)? Каковы симптомы дефицита цинка?Что такое кальций?Что такое магний (Mg)?Что такое прогестерон?Причины выпадения волосЧто такое тромбоциты? Что означает понижение и увеличение их уровня?Что представляет собой рак молочной железы? Симптомы рака молочной железы.Потеря обоняния и вкуса при заболевании COVID-19Что такое АСТ (аспартатаминотрансфераза)?Что такое эпилепсия? Какой должна быть первая помощь при эпилепсии?Что такое эстрадиол?Что вызывает насморк?Основные симптомы заболеваний передающихся половым путемЧто такое витамин Б12?Что такое пищевая непереносимость?Что такое селен? Какова его польза для организма?Гельминты (глисты) в организмеЧто такое анемия?Что такое ВИЧ/СПИД? Каковы их симптомы СПИДа?Что такое ревматизм? Признаки ревматизмаЧто такое железо? Какова его функция в организме?Что такое нутригенетика?Повышенное артериальное давлениеЧто представляет собой анализ НИПТ?ССЛ – Семейная средиземноморская лихорадкаЧто такое ферритин?Определение биологического родства - Тест на отцовствоЧто такое анализ Д-димер?Что такое целиакия и каковы ее симптомы?Что такое йод? Дефицит йодаЧто такое заболевание Оспа обезьян?Средства и виды ухода за зубамиКак правильно загорать?Что такое скорость оседания эритроцитов (СОЭ)?ГемофилияМенопаузаРак шейки матки и мазок по Папаниколау (ПАП-тест)Что такое анализ на Токсины клостридий A/Б (Clostridium Difficile)?Что такое анализ на антинуклеарные антитела (АНА)?Что представляет собой анализ на антимитохондриальные антитела (АМА М2)?Что представляет собой анализ на Антитела к бета-2-гликопротеину 1 класса IgM?Что такое тест секвенирования всего экзома (WES) и когда его следует проводить?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin VitaminQARACİYƏR YAĞLANMASIQARACİYƏR SİRROZUDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın Getməsi

Qaraciyər sirrozu nədir?

Qaraciyər sirrozu sağlıqlı qaraciyər toxumasını fibroz toxumanın əvəz etməsi və qaraciyərin funksiyasınını  geri dönüşü olmayan şəkildə itirməsi ilə yaranan təhlükəli bir xəstəlikdir.

Qaraciyərin funksiyaları:

  • Toksinlərdən təmizləmə
  • Qan laxtalanmasına təsir edən proteinlərin sintezi
  • Həzmə kömək olan öd ifrazı və s.

Fibroz toxumanın əmələ gəlməsi bu funksiyaların yerinə yetirilməsinə əngəl olur.

Qaraciyər Sirrozunun  Mərhələləri

Kliniki əlamətlərinə görə xəstəliyin 2 mərhələsi aid edilir.

  1.  Kompensasiya oluna bilən sirroz: Erkən mərhələ.Xəstəliyin simptomları seyrək görülür. Bu mərhəldə düzgün müalicə texnikası ilə qaraciyərin funksiyasını bərpa etmək mümkündür.
  2.  Dekompensasiya olunan sirroz: Daha irəliləmiş mərhələ.Bu mərhələdə spesifik simptomlar görülməyə başlayır, toksinlərin bədəndə toplanması ilə nəinki qaraciyər hüceyrələri funksiyasını itirir,hətta şüur dəyişikliyi əmələ gəlir.

Qaraciyər Sirrozunun Əlamətləri

Erkən mərhələlərdə kliniki əlamətlər daha az görülür,xəstəlik inkişaf etdikcə spesifik kliniki əlamətlər üzə çıxmağa başlayır.            
Görülə bilən kliniki əlamətlər:  
               

  • İştahsızlıq, səbəbsiz çəki itkisi
  • Davamlı yorğunluq və halsızlıq
  • Qarının yuxarı sağ tərəfində ağrılar 
  • Qarın hissəsində mayenin yığılması(Assit)
  • Ayaqlarda şişkinlik və ödəm
  • Dəridə qaşıntı
  • Dəridə "Hörümçək şəkilli" damarların görünməsi
  • Dəridə və ya göz ağında sarılıq əlamətləri

Sonrakı mərhələlərdə isə toksinlərin bədəndə toplanması səbəbi ilə hətta  əqli problemlər və ya düşüncə gücünün zəifləməsi ortaya çıxa bilər.

Rastgəlmə tezliyinə təsir edən faktorlar 

  1. Cins: Kişilərdə Qadınlara nisbətən daha çox rast gəlinir.
  2. Yaş: Xəstəlik  riski yaşla əlaqədar olaraq da arıtr.

    
Qaraciyər Sirrozunun Əsas Səbəbləri

  1. Davamlı alkoqol istifadəsi:  Həddindən artıq,xoroniki davam edən alkoqol qəbulu qaraciyərdə iltihablanmaya və qaraciyərin funksional hüceyrələrinin zədələnməsinə səbəb ola bilir.
  2. Yağlı qaraciyər xəstəliyi: Metabolik pozuntular nəticəsində qaraciyərdə piy yığılması.
  3. Virus hepatitləri: Xroniki virus infeksiyaları qaraciyərin iltihablanmasına və son nəticədə sirroza səbəb ola bilər.
  4. Genetik xəstəliklər: Wilson xəstəliyi, kistik fibroz və ya hemaxormatoz  kimi irsi xəstəliklər qaraciyər zərər görməsinə yol açır.
  5. Həkim məsləhəti olmadan dərman istifadəsi: Xüsusi ilə bitki tərkibli vitamin preparatları və ya dərman maddələrinin həkim məsləhəti olmadan qəbulu toksiki hepatitin yaranmasına. O da öz növbəsində qaraciyər sirrozuna yol açır.

Qaraciyər Sirrozunun mümkün fəsadları

  • Qaraciyər çatışmazlığı- Qaraciyərin funksiyasını tamami ilə itirməsi qaraciyər çatışmazlığına səbəb ola bilər.
  • Portal hipertenziya- Qaraciyərdəki çapıq toxuması qanın damarlarda hərəkətini çətinləşdirir və təzyiqin artmasına səbəb olur.
  • Böyrək çatışmazlığı- qaraciyər çatışmazlığı ilə əlaqədar olaraq böyrəklərin funksiyasını itirməsi halıdır.
  • Qaraciyər xərçəngi- Sirrozlu xəstələrdə ən çox görülən ağırlaşmalardan biridir.
  • Assit- qarın boşluğunda mayenin toplanması halıdır ki, infeksiyaların əmələ gəlmə riskini kifayət qədər artırır.

Qaraciyər sirrozundan qorunmanın yolları

  • Alkoqol qəbulunu azlatmaq və ya ümumiyyətlə qəbul etməmək
  • Aktiv həyat tərzinə üstünlük vermək
  • Sağlam və balanslı qidalanma proqramlarından istifadə etmək
  • Virus hepatitləri və infeksiyalardan qorunmaq üçün vaxtı-vaxtında müayinələrə getmək və peyvəndlərdə istifadə etmək

Sirroz xəstələrində qidalanma rejimi

  • Əgər xəstədə assit əmələ gəlmişdirsə duz və su istifadəsəi azaldılmalıdır. Gündəlik duz istifadəsi 1-2 qr.dan artıq olmamalıdır.
  • Günlük enerjinin yarısını sadə karbohidratlar, ⅓-ni yağlar və qalan hissəsinin zülallar təşkil etməlidir.
  • Hazır,paketlənmiş  qidalar və  fast food qəbulu bu xəstələrdə yolverilməzdir.
  • Təzə meyvə və tərəvəzlərin, sağlıqlı yağların və yetərli miqdarda protein qəbulu qidalanma proqramına əlavə edilməlidir.

Qaraciyər sirrozunda düzgün yanaşma və vaxtında müayinə olunaraq baş verə biləcək fəsadların qarşısını almaq mümkündür.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi