QARACİYƏR YAĞLANMASI

Виды иммунитетаHLA анализГенная терапияCOVID-19 тестСиндром ДаунаЦелиакияЧто такое непрямая реакция Кумбса? Почему сдается анализ?Высокая температураФункциональные пробы печени-АЛТЧто такое гемоглобин (HGB)?Защитите свой мозг!Что такое C-реактивный белок (CRP)?Причины головной боли, ее симптомы и лечениеЧто такое инсулин? Причины повышенного и пониженного инсулина.Защитим здоровье наших глаз!Комплексная лабораторная диагностика инфекцииCOVID-19Что такое герпес? Что вызывает герпетическую инфекцию?Боль в суставахПервая медицинская помощьЧто нам нужно знать о вакцине Covid-19?Что такое креатинин?АКНЕ - воспаление волосяных фолликулов и сальных железЧто такое бруцеллез и как он передается?Что такое лейкоцит?Что такое тестостерон?Что такое пролактин?Что такое рак?Иммунитет против SARS-COV-2 после вакцинацииЧто такое папиллома и что такое вирус папилломы человека (ВПЧ)?Здоровое сердцеПандемия и стрессЧто такое холестерин?Токсоплазма этоТалассемия этоТТГ - тиреотропный гормонАтеросклерозВитамин DСахарный диабет. Причины, развитие, симптомы, диагностика.Когда требуется УЗИ брюшной полости?Что такое спермограмма? Как сдать анализ на спермограмму?Что такое фолиевая кислота (витамин В9)?Что такое эритроциты (красные кровяные тельца)?Наркотическая зависимость и ее вредЧто такое цинк (Zn)? Каковы симптомы дефицита цинка?Что такое кальций?Что такое магний (Mg)?Что такое прогестерон?Причины выпадения волосЧто такое тромбоциты? Что означает понижение и увеличение их уровня?Что представляет собой рак молочной железы? Симптомы рака молочной железы.Потеря обоняния и вкуса при заболевании COVID-19Что такое АСТ (аспартатаминотрансфераза)?Что такое эпилепсия? Какой должна быть первая помощь при эпилепсии?Что такое эстрадиол?Что вызывает насморк?Основные симптомы заболеваний передающихся половым путемЧто такое витамин Б12?Что такое пищевая непереносимость?Что такое селен? Какова его польза для организма?Гельминты (глисты) в организмеЧто такое анемия?Что такое ВИЧ/СПИД? Каковы их симптомы СПИДа?Что такое ревматизм? Признаки ревматизмаЧто такое железо? Какова его функция в организме?Что такое нутригенетика?Повышенное артериальное давлениеЧто представляет собой анализ НИПТ?ССЛ – Семейная средиземноморская лихорадкаЧто такое ферритин?Определение биологического родства - Тест на отцовствоЧто такое анализ Д-димер?Что такое целиакия и каковы ее симптомы?Что такое йод? Дефицит йодаЧто такое заболевание Оспа обезьян?Средства и виды ухода за зубамиКак правильно загорать?Что такое скорость оседания эритроцитов (СОЭ)?ГемофилияМенопаузаРак шейки матки и мазок по Папаниколау (ПАП-тест)Что такое анализ на Токсины клостридий A/Б (Clostridium Difficile)?Что такое анализ на антинуклеарные антитела (АНА)?Что представляет собой анализ на антимитохондриальные антитела (АМА М2)?Что представляет собой анализ на Антитела к бета-2-гликопротеину 1 класса IgM?Что такое тест секвенирования всего экзома (WES) и когда его следует проводить?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin VitaminQARACİYƏR YAĞLANMASIQARACİYƏR SİRROZUDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın Getməsi

QARACİYƏR YAĞLANMASI NƏDİR?

Qaraciyər yağlanması qaraciyər hüceyrələrində zamanla qaraciyərin normal funksiyalarına mənfi təsir göstərə və zədələnməsinə səbəb ola biləcək kifayət qədər yağın toplanmasıdır

Əgər, qaraciyərdə yağlanma faizi:
 ›5%- qaraciyər sağlamlığı üçün risk
 ›30%-laborator və kliniki əlamətlərin ortaya çıxması

Qaraciyər yağlanmasının növləri

  • Alkoqola bağlı olmayan qaraciyər xəstəliyi

   Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) qaraciyərdə yağın yığılması ilə xarakterizə olunan bir vəziyyətdir. Növləri:

  • Alkoqolsuz yağlı qaraciyər (NAFLD) 
  •  Alkoqolsuz steatohepatit (NASH)

 Əgər sizdə NASH varsa, qaraciyərinizdə yağla yanaşı iltihab və zədələnmə əlamətləri  mövcuddur.

  • Alkoqola bağlı olan qaraciyər xəstəliyi

Alkoqol qəbuluna əsaslanır,sadəcə bir neçə gün ərzində həddindən  artıq alkoqol qəbulu belə qaraciyərdə yağ toplanmasına səbəb ola bilər.Əgər alkoqol qəbulu davam edərsə, alkoqola bağlı qaraciyər sirrozu və ya hepatit yaranma riski vardır.

Qaraciyər yağlanmasının mümkün səbəbləri

Qaraciyər yağlanmasına səbəb olan vəziyyətlər əsasən bunlardır:

  • İfrat dərəcədə alkoqol qəbulu

Qaraciyərin vəzifələrindən biri qəbul edilən alkoqolun parçalanmasıdır. Həddindən artıq istehlak edildikdə qaraciyərdə parçalanma getmir, bu isə öz növbəsində yağlanmaya səbəb ola bilir.

  • Triqliserid,xolestrin yüksəkliyi

 Həddindən artıq yağlı və şəkərli qidaların qəbul edilməsi qanda xolestrin səviyyəsinin artmasına yol açır. Yüksək triqliserid və xolestrin səviyyəsi isə qaraciyərin funksiyasını pozaraq zədələnməsinə yol açır.

  • Yüksək təzyiq

Yüksək təzyiq səviyyəsi bir çox orqana mənfi təsir etdiyi kimi qaraciyərin də funksiyasının pozulmasına səbəbiyyət verə bilir.

  • Hərəkətsiz yaşam

Fiziki aktivliyin yetərli olmadığı yaşam qaraciyərlə bağlı sağlamlıq problemlərinə yol aça bilir.

  • Diabet

Alkoqola bağlı olmayan qaraciyər yağlanması xəstəliyində ən çox rast gəlinən səbəb diabetdir.

  • Bəzi dərman maddələrinin qəbulu  və bu kimi digər hallar qaraciyər yağlanmasına  səbəb ola bilər.

Qaraciyər yağlanmasının simptomları

Yağlı qaraciyər xəstəliyi "səssiz xəstəlik" olaraq tanınır, çünki ilkin mərhələdə simptomlar demək olar ki, müşahidə edilmir. Lakin irəlilədikcə aşağıdakı simptomlar görülə bilər:

  • Həddindən artıq yorğunluq
  • Dəri və selikli qişalarda saralma
  • Sidiyin rənginin tündləşməsi
  • Həddindən artıq çəki itkisi
  • Qaraciyərin ölçüsünün dəyişilməsi
  • Menstrual dövrdə nizamsızlıqlar
  • Yaddaş problemləri
  • Qaşınma
  • Dəridə hörümçək toruna bənzər qan damarlarının görünməsi

Qaraciyər yağlanması xəstəliyi zamanı  diaqnoz necə qoyulur?

Qaraciyər yağlanmasının diaqnozu üçün müxtəlif tibbi metodlardan istifadə edilir:

   1. Müvafiq qan analizləri:  Aşağıda  qeyd edilən analiz nəticələri ətraflı məlumat verə bilər.

  • ALT,AST,QQT
  • Lipid profili
  • Qan şəkəri və insulin səviyyəsi
  • Hepatit testləri
  • Hemoqram
  • OUTOİMMUN VƏ YA METABOLİK XƏSTƏLİKLƏRİ  inkar edə bilmək üçün bəzi qan testləri

   2. İnstrumental müayinələr: Ultrasəs,KT və ya MRT kimi müayinələr diaqnoz qoymağa və ya çapıq toxuması varsa aşkar etməyə kömək edir.

   3.Qaraciyər biopsiyası:  Laborator və ya instrumental müayinələr dəqiq nəticə verməzsə, qaraciyər toxumasından nümunə götürülərək dəqiq diaqnoz qoyulur.

QEYD: Bəzən xəstəlik heç bir kliniki əlamət olmadan da davam edə bilər.

Qaraciyər yağlanmasının müalicəsi və qarşısının alınması

Əsas yanaşma və ilkin addım

  • Sağlam yaşam tərzi-Xəstənin çəkisini nəzarətdə saxlaması,balanslı qidalanma,fiziki aktivlik və alkoqol istifadəsi varsa qarşısı alınmasıdır. Stress səviyyəsi və yuxu düzəninin düzgün qurulması vacibdir.
  • Bərabər olaraq, əgər diabet varsa şəkər səviyyəsi pəhriz və dərmanlarla tənzimlənməlidir.
  • Xolestrin və triqliserid səviyyəsi yüksək olarsa tənzimləyici dərman maddələri istifadə edilməlidir.

Nizamlı müayinə olunaraq ,qaraciyərimizin səssiz zəngini dinləməyi ehmal etməyək!
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi