Mədə Xərçəngi Nədir?
Mədə xərçəngi həzm orqanlarından biri olan mədənin daxili səthini əhatə edən hüceyrələrin normal olmayan şəkildə böyüməsi və çoxalması ilə yaranan xəstəlikdir. Xərçəng növləri arasında rastgəlmə tezliyinə görə 4-cü yeri tutur.
Mədə Xərçənginin Növləri
Ən çox rast gəlinən forması adenokarsinomadır.
Adenokarsinoma- Mədənin selikli qişa hüceyrələrində(mukoza) yaranır. Bu növ ən çox yayılmış olub müxtəlif formalara ayrılır, mədə kardiya xərçəngi, qeyri kardiya mədə xərçəngi,nazik bağırsaq tipi və s.
90% hallarda səbəb adenokarsinoma olsa da digər növlər də mövcuddur:
Qastroezofoqal qovşağın adenokarsinoması
Neuroendokrin şişlər
Mədə və bağırsaqlın stromal şişləri
Mədə Xərçənginin Əlamətləri
Xəstəliyin başlanğıc mərhələsində əlamətlər kifayət qədər seyrək görülür.
İlkin mərhələlərdə narahat edici simptomlar:
İştahsızlıq
Həzmsizlik
Kiçik porsiyalarla yeyilmiş yeməkdən sonra doluluq hissi
Qarnın yuxarı sol hissəsində ağrı
Xəstəlik inkişaf etdikcə öz seyrini dəyişir vəaşağıdakı əlamətlər ortaya çıxa bilir:
Qarında ağrı və ya yanma hissi
Həzmsizlik -dispepsiya
Ürəkbulanma və ya qusma
İştahanın itməsi və ya səbəbsiz çəki itkisi
Qarında şişkinlik və mayenin toplanması
Yorğunluq və zəiflik
Tez-tez qusma
Nəcisdə qan (tün qəhvəyi və ya qara rəngli nəcis)
Dəri və görünən selikli qi.aların saralması- xəstəliyin qaraciyərə yayılması zamanı
Mədə xərçəngində diaqnozun qoyulması
Mədə xərçəngi zamanı diaqnozu dəqiqləşdirərkən Qeyd edilən kliniki əlamətləri də nəzərə almaqla bəzi labarotar və instrumental müayinələr aparılmalıdır.
Qan testləri: Diaqnozu dəqiqləşdirmək üçün həkiminiz müəyyən qan testləri istəyə bilər.Məsələn, xərçəngin olmasını dəstəkləyən onkomarkerlər testi. Mədə üçün CA19-9, ümumi vəziyyəti təyini etmək üçün CEA onkomarkerləri istək edilə bilər.
Endoskopiya:Diaqnozu dəqiqləşdirmədə əsas üsuldur. Müayinə zamanı mədəyə kiçik,ucu kameralı boru yeridilir. Şübhəli vəziyyət aşkar edilərsə, mədənin daxili təbəqəsindən kiçik bir toxuma nümunəsi(biopsiya)götürülə bilər.
KT: Mədə və ətraf orqanların ətraflı görüntüsü alınır.
MRT: Yumşaq toxumalardakı vəziyyət haqqında ətraflı məlumat verir.
PET: Pozitron emissiya tomoqrafiyası (PET) Xərçəngin yayılma dərəcəsi haqqında məlumatlandırır.
Mədə Xərçənginin Səbəbləri ,Risk Faktorları,qorunma yolları
Bir sıra səbəblər bu xəstəliyin inkişaf riskini artırır:
Zərərli qidalanma vərdişləri: paketləşdirilmiş və hazır qida maddələri, həddindən artıq duz və istiot , qazlı içkilər istifadəsi məhdudlaşdırlmalıdır. Əvəzinə sağlıqlı yağlar, təzə meyvə və tərəvəzlər qida rasionuna əlavə edilməlidir.
Yaşam tərzi: Fiziki aktivliyin normadan az olduğu, siqaret,tütün və ya alkoqol istifadəsinin normadan çox olduğu isanlarda yaranma riski güclənir. Həddindən artıq çəki də səbəblərdən biridir. Bu səbəbdən fiziki aktiv yaşam tərzinə üstünlük verilməli, çəki nəzarət altında saxlanılmalı, siqaret,tütün və ya alkoqol istifadəsi məhdudlaşdırılmalıdır.
Yaş: Yaşla birlikdə risk artır, xüsusən də 60 yaşdan sonra
Helicobacter pylori infeksiyası: Mədədə iltihab və yaraya səbəb olan bakterial infeksiya.
Xroniki qastrit: Mədənin iltihabı olan uzun müddətli bir vəziyyət.
AiləAnamnezi: Mədə xərçəngi olan ailə üzvlərinin olması riski artırır.
Öncədən keçirilmiş əməliyyatlar: Mədənin bir hissəsinin çıxarılması (qismən qastrektomiya) riski artırır.
Mədə xərçəngi müalicəsi üçün həkimlər, qastroenteroloq, cərrah, və digər sağlamlıq işçiləri birgə fəaliyyət göstərir.
Unutmayın ki, mədə xərçəngi ilə mübarizədə erkən diaqnoz və düzgün müalicə və müdaxilə ilə xəstəliyin kontrol altına alınması mümkündür.