Qarın Getməsi

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıBruselyoz nədir və necə yoluxur?Leykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Vitamin D və Vitamin D3 nədir? Sağlamlığınız üçün Vitamin D nin əhəmiyyətiŞəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Fol turşusu (B9 vitamini) nədir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?Maqnezium (Mg) nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin AVitamin KompleksiÇəki artıran vitaminlərVitamin D ƏskikliyiSelenium VitaminBiotin VitaminQARACİYƏR YAĞLANMASIQARACİYƏR SİRROZUDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın Getməsi

Qarın getməsi, bağırsaqların normaldan daha sürətli işləməsi nəticəsində nəcisin yumşalması və tez-tez tualetə getmə ilə müşayiət olunan həzm problemi kimi ortaya çıxır. Bu vəziyyət bədəndə maye və mineral itkisinə səbəb ola bilər ki, bu da insanın ümumi sağlamlıq vəziyyətini zəiflədir. Qarın getməsi adətən qida, infeksiya, stres və ya bağırsaq xəstəlikləri kimi müxtəlif səbəblərlə bağlı olur.
Qısa müddətli qarın getməsi, yəni birdən birə başlayan və bir neçə gün davam edən bu hal, adətən orqanizmin hər hansı bir qidaya, bakteriyaya və ya virusa verdiyi təbii reaksiyadır. Bu, bədənin özü-özünü təmizləməyə çalışdığı bir mexanizm də ola bilər. Belə hallarda narahatlığa ehtiyac yoxdur və bir neçə gün ərzində vəziyyət normala dönə bilir.
Lakin bəzən qarın getməsi uzun müddət davam edə və ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusilə uşaqlarda, yaşlı insanlarda və immun sistemi zəif olan şəxslərdə bu hal daha təhlükəlidir. Çünki onların orqanizmi çox sürətlə maye itirir və bu da susuzluq (dehidratasiya), zəiflik və qida çatışmazlığına səbəb ola bilər.
Əgər qarın getməsi bir neçə gündən çox davam edərsə, qarın ağrısı, qızdırma və ya halsızlıq müşahidə olunarsa, bu, artıq ciddi bir problemin əlaməti hesab oluna bilir. Düzgün müalicə və lazımi tədbirlər görülmədikdə, bu hal bağırsaq mikroflorasının pozulmasına və həzm sistemində uzunmüddətli problemlərə gətirib çıxara bilər. Bu səbəbdən, qarın getməsinin əsas səbəblərini anlamaq, ona qarşı düzgün yanaşma tətbiq etmək və qarşısını almaq üçün vacib addımları bilmək lazımdır.

Qarın getməsi zamanı nə etməli?

Qarin getmesi zamani ne etmeli? İlk və ən vacib addım orqanizmin maye və elektrolit balansını qorumaqdır. Bağırsaqların normadan daha sürətli işləməsi nəticəsində bədən çox miqdarda maye itirir. Bu, susuzluq (dehidratasiya) təhlükəsi yarada bilər. 
Orqanizmdə su itkisi baş verdikdə:

  1. Baş gicəllənməsi və yorğunluq 
  2. Dəri quruluğu və elastikliyini itirməsi 
  3. Şiddətli halsızlıq və diqqət dağınıqlığı kimi hallar yaşanır.

Bu problemlərin qarşısını almaq və sağlamlığı qorumaq üçün aşağıda “Qarin getmesi zamani ne etmeli?” sualına cavab olaraq görülə biləcək tədbirləri qeyd dirik:
✔ Bol maye qəbul edin
✔ Bağırsaqları sakitləşdirən qidalar yeyin
✔ Şəkərli və qazlı içkilərdən uzaq durun
✔ Yağlı və ədviyyatlı qidalardan çəkinin.
Əgər qarın getməsi 24 saatdan çox davam edirsə və ya qızdırma, şiddətli qarın ağrısı, qanlı nəcis və ya həddindən artıq halsızlıq kimi əlavə simptomlar müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır.

Qarın getməsi üçün dərmanlar

Qarın getməsi üçün dərmanlar bu problemi yaşayan insanlar tərəfindən çox axtarılır. Qarın getməsi (ishal) zamanı istifadə olunan dərmanlar vəziyyətin səbəbindən asılı olaraq dəyişir. İshalın yüngül və qısa müddətli olması halında xüsusi dərman müalicəsinə ehtiyac olmaya bilər, çünki bədən özü bu vəziyyəti tənzimləyə və bağırsaq florasını bərpa edə bilər. Adətən, yüngül hallar düzgün qidalanma, maye qəbulu və istirahət ilə öz-özünə keçib gedir.
Lakin qarın getməsi uzun müddət davam etdikdə, güclü susuzluq (dehidratasiya), şiddətli qarın ağrısı, yüksək qızdırma və ya qanlı nəcis müşahidə olunursa, dərhal tibbi yardım alınmalı və uyğun müalicə aparılmalıdır. Çünki bəzi hallarda ishal ciddi infeksiyalardan, bakterial və ya viral bağırsaq xəstəliklərindən qaynaqlana bilər və bu zaman səhv dərman seçimi vəziyyəti daha da ağırlaşdıra bilər.

Qarın getməsi üçün dərman seçərkən əsas məqsəd:

  • Bağırsaq hərəkətlərini normallaşdırmaq,
  • Orqanizmdə su və elektrolit balansını qorumaq,
  • Bağırsaq iltihabını azaltmaq və zərərli maddələri çıxarmaq,
  • Bağırsaq mikroflorasını bərpa etməkdir.

Ancaq unutmaq lazımdır ki, hər dərman hər ishal növü üçün uyğun deyil. Xüsusilə bakterial və ya viral infeksiyalara bağlı ishal zamanı bəzi dərmanların istifadəsi təhlükəli ola bilər, çünki bu, bağırsaqda patogen mikroorqanizmlərin qalmasına səbəb ola bilər. Məsələn, bağırsaq hərəkətlərini dayandıran bəzi dərmanlar, infeksiya nəticəsində yaranan toksinlərin bədəndən xaric olmasını əngəlləyərək vəziyyəti daha da pisləşdirə bilər.
Buna görə də, ishalın səbəbi və şiddəti nəzərə alınmadan dərman qəbul etmək düzgün deyil. Davamlı və ya ağır hallarda yalnız həkim məsləhəti ilə dərman istifadə edilməlidir.

Qarın getməsinin qarşısını almaq

Qarın getməsinin qarşısını almaq üçün həzm sistemini qorumaq və sağlam həyat tərzi keçirmək vacibdir. Bağırsaq funksiyasının pozulması adətən infeksiyalar, qida intoleransları, stres və gigiyena qaydalarına düzgün riayət edilməməsi ilə əlaqəlidir. Buna görə də, bağırsaq sağlamlığını qorumaq üçün gündəlik qidalanma və gigiyena vərdişlərinə diqqət yetirmək lazımdır.
Qarin getmesinin qarsisini almaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:
✔ Təmiz su və sağlam qida istehlak edin. Çirkli su və yaxşı bişirilməmiş qidalar bağırsaq infeksiyalarına və ishala səbəb olur.
✔ Sağlam və balanslı qidalanın. Həddindən artıq yağlı, ədviyyatlı və işlənmiş qidalar həzm sisteminə əlavə yük salaraq bağırsaqların fəaliyyətini pozur.
✔ Gigiyena qaydalarına ciddi əməl edin. Bağırsaq infeksiyalarının ən çox yayılan səbəbi gigiyena qaydalarına əməl edilməməsidir. Əllərinizi yeməkdən əvvəl və tualetdən sonra mütləq yuyun. Mətbəx alətlərini, qida məhsullarını və qab-qacaqları təmiz saxlamaq da vacibdir.
✔ Stresdən uzaq durun və rahat bir həyat tərzi keçirin. Stress və narahatlıq bağırsaq hərəkətlərini artıra bilər. 
✔ Mütəmadi idmanla məşğul olun. Fiziki aktivlik həzm sisteminin tənzimlənməsinə və bağırsaq hərəkətlərinin normallaşmasına kömək edir. 
Bu sadə tədbirlərə əməl etməklə qarın getməsinin qarşısını almaq və həzm sistemini daha stabil saxlamaq mümkündür. Əgər buna baxmayaraq qarın getməsi tez-tez baş verirsə, səbəbini araşdırmaq və müalicə etmək üçün həkimə müraciət etmək vacibdir.

Qarın getməsi üçün xalq təbabəti

Qarın getməsi zamanı xalq təbabəti üsulları həzm sistemini rahatlaşdırmaq və bağırsaq fəaliyyətini stabilləşdirmək üçün istifadə edilə bilir. Təbii müalicə vasitələri bağırsaq infeksiyalarına qarşı qoruyucu təsir göstərərək iltihabı azalda və maye balansını bərpa edə bilər. Lakin bu üsullar yalnız yüngül hallarda təsirli olur və əgər vəziyyət ağırlaşarsa, həkimə müraciət etmək vacibdir. 
Təbii vasitələrdən istifadə edərək nisbətən ağrını yüngülləşdirmək mümkündür. Misal üçün düyü suyu, bağırsaq divarını qoruyaraq həddindən artıq su itkisini azaldır və həzmi sakitləşdirir. Bunun üçün yarım stəkan düyü iki stəkan suda qaynadılmalı, süzüldükdən sonra ilıq halda içilməlidir. 
Nar qabığı dəmləməsi təbii antibakterial xüsusiyyətlərə malikdir və bağırsaq infeksiyalarına qarşı təsir göstərir. Hazırlamaq üçün qurudulmuş nar qabıqları qaynar suya əlavə edilərək 10-15 dəqiqə dəmlənir və gündə bir neçə dəfə kiçik qurtumlarla içilir. 
Nanə çayı, bağırsaq spazmlarını yüngülləşdirərək qarın sancılarını azaltmağa kömək edir. Bunun üçün 1 çay qaşığı qurudulmuş nanə qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməli və ilıq halda içilməlidir. 
Bu üsullar qarın getməsini yüngülləşdirmək üçün faydalı olsa da, əgər ishal 24 saatdan çox davam edərsə, yüksək hərarət, güclü qarın ağrısı və ya qanlı nəcis müşahidə olunarsa, dərhal tibbi yardım alınmalıdır. Ümumiyyətlə, həzm sisteminin sağlam qalması üçün düzgün qidalanma, gigiyenaya riayət etmək və bağırsaq mikroflorasını dəstəkləyən qidalar qəbul etmək önəmlidir.
Qarın getməsi problemi sizdə uzun müddət davam edirsə, o zaman Sağlam Ailə-yə müraciət edə bilərsiniz. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi