Qızılca və qızılca əlamətləri əsasən uşaqlara təsir edən çox yoluxucu virus infeksiyasıdır. Lakin qızılca peyvəndi ilə bunun qarşısını almaq mümkündür. Xəstəliyin törədicisi Rubeola adlı virusdur.
Qızılca xəstəliyi daha çox uşaqlar arasında geniş yayılır. Qızılcanın ilkin əlamətləri quru öskürək, burun axması, yüksək hərarət və qızartıdır. Qızılca səpgisindən əvvəl ağızda kiçik qırmızı ləkələr (Koplik ləkələri) görmək də mümkündür. Səpkilər adətən simptomların başlanmasından 3-5 gün sonra görünür və yüksək hərarətlə müşayiət olunur. Qızılcanın əlamətləri ilk alında düz qırmızı ləkələrlə başlaması, sonra üz, boyun, bədən, qol və ayaqlara yayılmasıdır. Bir neçə gündən sonra qızdırma və səpgi yox olur. Digər qızılca əlamətləri aşağıdakıları misal olaraq göstərə bilərik:
• Bədəndə səpgilər: Xəstəliyin ən bariz əlaməti bütün bədənə yayılan qırmızı və ya çəhrayı rəngli səpgidir. Qızılca səpkiləri adətən üzdən başlayır və bədənin qalan hissəsinə yayılır.
• Qızdırma: Usaqlarda qızılca əlamətləri adətən qızdırma ilə başlayır., adətən, yüngül və ya orta dərəcədə ola bilir.
• Baş ağrısı: Qızılca xəstəliyinin əlamətlərindən biri də baş ağrısıdır. Baş ağrısı tez-tez səpkilərin başlama vaxtına təsadüf edir.
• Gözlərdə qızartı: Qızılca gözlərin qızarmasına, işığa qarşı həssaslığa və gözün qıcıqlanmasına səbəb ola bilər.
• Limfa düyünlərində şişkinlik: Rubeola infeksiyası boyunda və ya qulaq arxasında yerləşən limfa düyünlərində şişməyə səbəb ola bilər.
• Oynaq ağrıları: Bəzi hallarda, xüsusən də yeniyetmələrdə və böyüklərdə oynaq ağrısı ola bilər.
• İştahsızlıq: Usaqlarda qızılca əlamətlərindən biri də iştahsızlıqdır. Xəstələr adətən yemək yeməkdən və ya iştahanın azalmasından şikayət edirlər.
• Ümumi zəiflik və yorğunluq
Uşaqlarda qızılca əlamətləri
Qeyd etdiyimiz kimi qızılca xəstəliyi daha çox uşaqlar arasında geniş yayılmışdır. Çox yoluxucu olan virus infeksiyası olduğunna mümkün qədər bu xəstəliyə yoluxmuş şəxslə görüşməmək, xəstəni isə evdə və ya xəstəxanda izolyasiya etmək lazımdır. Xəstəliyin qarşısını almaq və vaxtında müalicə tədbirləri görmək üçün ilkin əlamətləri tanımaq çox vacibdir. Uşaqlarda qızılca əlamətləri virus uşağın bədəninə daxil olduqdan sonra təxminən 10-14 gün ərzində hər hansı bir simptom şəklində özünü göstərməyə bilər. Bu mərhələ virusun bədəndə yayılmağa başladığı dövrdür. Daha sonra isə ilkin əlamətlərdən biri olaraq 38-40°C arasında dəyişən yüksək hərarət müşahidə oluna bilər. Hətta bəzən usaqlarda qızılca elametleri soyuqdəyməyə bənzər simptomlarla başlayır. Xəstəliyin əlamət sırasında öskürək, gözlərdə qızartı, sulanma, işığa həssaslıq da vardır. Bundan başqa, nadirən də olsa bəzi uşaqlarda, ağız daxilində, yanaqlarda ağ nöqtələr müşahidə oluna bilir.
Qızılcanın ən xarakterik əlaməti olan səpkilər ilk olaraq üz və boyunda başlayır, daha sonra bütün bədənə yayılır ki, bu səpkilər qaşınır, uşaqlar isə özlərini zəif və yorğun hiss edirlər.
İnsanlar qızılca neçə gün çəkir və simptomları nə vaxtdan azalmağa başlayır kimi suallara cavab axtarırlar. Qeyd edək ki, qızılca xəstəliyi ümumiyyətlə 7-10 gün arasında davam edir. Qızılca xəstəliyi ümumiyyətlə 7-10 gün arasında davam etsə də, tam sağalma dövrünə qədər ümumilikdə 10-14 günə kimi çəkir.
Qızılcanın müalicəsi və qızılca xəstəliyində nə yeməli?
Qızılca yoluxucu xəstəlikdir və qızılca peyvəndi olunmayan hər 10 nəfərdən 9-u yoluxmuş şəxslə təmasda olduqda xəstəliyə tutula bilir. Virus, yoluxmuş şəxs asqırdıqda və ya öskürəndə hava damcıları ilə yayılır. Qızılcaya məruz qalan şəxs adətən 7-14 gündən sonra simptomlar göstərməyə başlayır. Qızılca olan insanlar səpgilərin başlamasından 4 gün əvvəl xəstəliyi yaya bilər. Qızdırma, burun axması və öskürək olduğu müddətdə onlar daha çox yoluxucu olurlar.
Qızılcanın xüsusi müalicə yoxdur. Simptomları yüngülləşdirmək üçün qızılcaya yoluxmuş usaqlar çoxlu maye qəbul etməli, kifayət qədər istirahət etməli və infeksiyanın yayılmasının qarşısını almaq üçün məktəbdən və ya uşaq baxçasından uzaq durmalıdır. Qızdırma olduqda, uşağı rahatlatmaq üçün həkim məsləhəti ilə qızdırma salıcı dərmanlar istifadə edilə bilər.
Qulaq infeksiyası, ishal, pnevmaniya, ensefalit kimi ağırlaşmalar yarana biləcəyindən qızılcalı uşaqlar həkim tərəfindən yaxından izlənilməlidir. Səpkilər göründükdən sonra dörd gün ərzində uşağınızı başqalarından uzaq tutmaq son dərəcə vacibdir. İmmuniteti zəif olanlar tam sağalana və bütün simptomlar yox olana qədər təcrid olunmalıdırlar.
Qızılca infeksiyası və əlaqəli ağırlaşmalar bir neçə həftə davam edə bilər. Uşaqları qızılcadan qorumağın ən təsirli yolu peyvənddir. Qızılca-məxmərək-suçiçəyi (MMR) peyvəndləri vaxtında mütləq vurulmalıdır.
Xüsusilə körpələr, hamilə qadınlar və immun sistemi zəif olanlar üçün qizilca peyvəndi şərtdir.
İstənilən analiz nəticəsini öyrənmək üçün Saglamaile.az-a müraciət edə bilərsiniz. Laboratoriyamız sizin xidmətinizdədir! Uşağınızda qızılca əlamətləri müşahidə etdikdə, vaxt itirmədən həkimə müraciət etməyiniz tövsiyə olunur ki, qizilcanin müalicesi başladılsın. Erkən diaqnoz və düzgün müalicə ağırlaşmaların qarşısını almağa kömək edəcəkdir.