Dəmir Çatışmazlığı: Daimi Yorğunluğun Səbəbi və Həll Yolları

İmmunitetin nədir və növləri hansılardır ?HLA analizi haqqındaGen terapiyasıCOVID-19 testiDaun Sindromu və Daun Sindromu əlamətləriSeliakiya xəstəliyiQeyri düz Kumbs reaksiyası nədir? Analiz nə üçün verilir?QızdırmaQaraciyər funksional testləri-ALTHemoqlobin(HGB) nədir?Beyninizi qoruyun!C Reaktiv Zülal (CRP) nədir?Baş ağrısı necə keçər?İnsulin nədir? İnsulin yüksəkliyi və azlığının səbəbləri.Gözlərimizin nurunu qoruyaq!COVID-19 infeksiyasının kompleks laborator diaqnostikasıHerpes nədir? Herpes virusu infeksiyası nədən yaranır?Oynaq ağrılarıİlk Tibbi YardımCovid-19 peyvəndi haqqında nələri bilməliyik?Kreatinin nədir?AKNE- Tük follikullarının və piy vəzilərinin iltihablaşmasıBruselyoz nədir və necə yoluxur?Leykosit nədir?Testosteron nədir ? Testosteron hormonu nədir ?Prolaktin nədir?Xərçəng xəstəliyi nədir?Vaksinasiya sonrası SARS-COV-2 immunitetiPapilloma nədir və İnsan papilloma virusu(HPV) nədir?Ürəyimizi necə qorumalıyıq?Pandemiya və stressXolesterin nədir?Toksoplazma nədir?Talassemiya nədir?TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?Ateroskleroz nədir? Qarşısı necə alınmalıdır?Şəkərli diabet nədir? Şəkər xəstəliyinin əlamətləri nələrdir?Qarın boşluğu USM nə zaman istək edilir?Spermoqramma nədir? Spermoqramma analizi necə verilməlidir?Eritrositlər (qırmızı qan hüceyrələri) eritrosit nədir?Narkotik asılılığı və onun zərərləriSink(Zn) nədir? Sink vitamin çatışmazlığının əlamətləri nələrdir?Kalsium nədir?progesteron hormonu nədir ?Saç tökülməsinin səbəbləriTrombosit nədir? Azlığı və çoxluğu nə mənaya gəlir?Süd vəzi xərçəngi nədir? Süd vəzi xərçənginin əlamətləriCOVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisiAST (aspartat aminotransferaza) nədir?Epilepsiya nədir? Epilepsiya zamanı ilk yardım necə olmalıdır?Estradiol nədir?Burun axmasının səbəbi nədir?Cinsi yolla keçən infeksiyaların əlamətləri nələrdir?Vitamin B12 nədir?Qida dözülməzliyi(qida intoleransı) nədir?Selen nədir? Orqanizm üçün faydaları nələrdir?Orqanizmdə helmintlər (qurdlar)Anemiya nədir?HIV/QİÇS nədir? Qiçs əlamətləriRevmatizm nədir? Revmatizm əlamətləriDəmir nədir? Orqanizmdə funksiyası nədir?Nutrigenetiks nədir?Yüksək qan təzyiqiNIPT analizi nədir?FMF -Ailəvi aralıq dənizi qızdırmasıFerritin nədir?Bioloji qohumluğun təyini-Atalıq testiD-dimer analizi nədir?Çölyak xəstəliyi nədir və əlamətləriYod nədir? Yod çatışmazlığıMeymunçiçəyi xəstəliyi nədir?Dişlərə qulluq vasitələri və növləriDüzgün qaralmağın yollarıEritrositlərin çökmə sürəti (EÇS) nədir?Hemofiliya xəstəliyiMenopauzaUşaqlıq boynu xərçəngi və Pap smearQızılca və Qızılca əlamətleriSu çiçəyi və su çiçəyi əlamətləriClostridium Difficile toksinləri A/B analizi nədir?Antinüvə anticismlər (ANA) analizi nədir?Anti-mitoxondrial antitellər (AMA M2) analizi nədir?Beta-2 Qlikoprotein 1 İgM analizi nədir?Tam Ekzom Sıralaması (WES) analizi nədir və nə zaman verilə bilər?Kron xəstəliyiQıcıqlanmış Bağırsaq Sindromu (Irritated Bowel Syndrome - IBS)Herpes Virus Ailəsi: Sağlamlığa Təsirləri və Növlərinə Görə XüsusiyyətləriAvilit (Avascular Necrosis): Nədir və Niyə Diqqət Edilməlidir?Prevenar 13 Nədir?İnsan Metapneumovirusu (HMPV) Nədir?Multi vitaminVitamin KompleksiÇəki artıran vitaminlərQARACİYƏR YAĞLANMASIDəridə qaşıntıKifozFollikulitLDH ANALİZİQanın Kliniki analizində yer alan MCH Testi Nədir ?Mədə xərçəngiMədə yanması(reflüks)Sidik yolları infeksiyasıEstrogenlərOzonoterapiyaAutizm Nədir?Autoimmun XəstəliklərParkinson xəstəliyiAltsheymer Xəstəliyiİshal nədir?Qarın GetməsiXroniki boyun ağrılarıNəfəs darlığıİntravenoz terapiyaMRT nədir?Heyvanlardan keçən xəstəliklərDifteriya nədir?Tetanus: Səbəbləri, Simptomları və Qarşısının AlınmasıÖskürək Növləri və MüalicəsiİnBody müayinəsi nədir?"So-Check:OligoScan" müayinəsi nədir?Hepatit BQulaq İltihabı Nədir?Hepatit DHepatit AQaraciyər serrozu nədir?Hepatit EHepatit CQastrit nədir?RotavirusCiyərdə soyuqlama necə olur?AdenoviruslarQan xərçəngi keçicidirmi?Herpes SimplexXərçəng Xəstəliyi Necə Yaranır?Prostat xərçənginin əlamətləriSoyuqdəymə Əlamətləri və Müalicə YollarıMədə ağrısı səbəbləriVirusların törətdiyi xəstəliklərƏsəb xəstəliyinin müalicəsiAilədə xərçəng varsa, mənə də keçəcəkmi?Xəstə qaraciyər nədir?PFAPA sindromu nədir?Uşaqlarda Qulaq AğrısıUşaqlarda İştahasızlıq və SəbəbləriBağırsaq Mikrobiomu Nədir və Onu Necə Qorumalıyıq?Uşaqlarda Öskürək Niyə Yaranır?Uşaqlarda Piylənmə və SəbəbləriUşaqlarda vitamin istifadəsi necə olmalıdır?Uşaqlarda Sidik Qaçırma SəbəbləriQulaq tutulması nədir?Depressiya diaqnozu necə qoyulur?HIV/AIDS və onun təhlükəsiTənəffüs yolu infeksiyaları nədir?Qaraciyər biopsiyası nədir?Elektromiyoqrafiya nədir?Yaşa görə nəbz neçə olmalıdır?Böyrək Daşları necə yaranır?Quru öskürək necə müalicə edilir?Hormon Balanssızlığı Nədir?İnsult Hansı Səbəblərlə Yaranır?Göz Qızartısının Səbəbi Nədir?Xoruldamağın müalicəsi varmı?İmmuniteti Gücləndirən QidalarXərçəngdən Qorunmağın 5 Sadə YoluBoyunda şişkinlik nə zaman narahatlıq verir?Yuxusuzluq (Insomnia): Səbəbləri, Simptomları və Müalicə YollarıYumurtalıqda KistaSədəf Xəstəliyi Nədir?Qulaqda Cingilti (Tinnitus)Gündəlik 10 min addımSağlam yuxu üçün qızıl qaydalarGündəlik Qəbul Etməli Olduğunuz 6 Vitamin və MineralƏn çox rast gəlinən 10 xəstəlik və onlardan qorunma yollarıMiqren və Baş Ağrısı Arasındakı FərqlərQrip və Soyuqdəymə Arasındakı FərqlərFast-food qidalarının uzunmüddətli təsirləriQış aylarında ən çox yayılmış xəstəliklər və profilaktikaPis qidalanmanın yaratdığı ən çox yayılmış xəstəliklərKişilərdə sağlamlıq üçün ildə bir dəfə edilməli analizlərArıqlamaq üçün ən çox edilən səhvlərHavalar soyuyanda immuniteti necə gücləndirməli?Laborator Analizlərin Tez-Tez Rast Gəlinən Nəticələri və ŞərhləriSüdverən analar üçün faydalı qidalarUşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?Uşaqlarda panik atak əlamətləriKörpələrdə qaz sancısı niyə olur? Necə aradan qaldırılır?Tip 1 diabetli uşaqların təqibi və müalicəsiPanik atak nədir?Akne niyə olur? Müalicəsi, əlamətləri və səbəbləriHamiləlikdə Bel Ağrısı Səbəbləri və Yüngülləşdirmə YollarıBöyrək Xərçəngi Səbəbləri, Əlamətləri və MüalicəsiAutizm səbəbləri və əlamətləriGizli Şəkər (Prediabet) Nədir və Necə Aşkar Olunur?Leptin - Arıqlamağı Çətinləşdirən Hormon AnaliziHamiləlikdə Qrip Simptomları və Gedişat: Ana və Döl SağlamlığıUşaqlarda Gizli Şəkər Xəstəliyi Niyə Artır?Dəridə Allergiya (Dəri Həssaslığı)Göy Öskürək Xəstəliyi Haqqında Ümumi MəlumatStress və Bədənin Şüuraltı Mexanizmləri30 Yaşdan Yuxarı Qadınlar Üçün Vacib 5 AnalizHamiləliyin 1-ci Trimestrində Aparılan Analizlərin ƏhəmiyyətiStress və İmmunitet: Daimi Yorğunluq və Xəstəliklərin SəbəbiDəmir Çatışmazlığı: Daimi Yorğunluğun Səbəbi və Həll YollarıSaç Tökülməsinin Səbəbləri və Müalicə YollarıUşaqlarda Epilepsiya əlamətləri və ilk yardımıRevmatoloq | Oynaq Ağrısı, Artrit və Diz Ağrısı MüalicəsiBabasil Nədir? Səbəbləri və Müalicə YollarıQadınlarda Papilloma Virus (HPV): Əlamətləri və MüalicəsiAğciyər Xərçəngi yaranma səbəbləri və müalicəsiQalxanabənzər Vəzi (Tiroid) Xərçənginin əlamətləri və testləriD Vitamini əskikliyi: Əlamətlər, Faydalar və QidalarVitamin Çatışmazlığı ƏlamətləriSiqaret və Xəstəliklər: Sağlamlığa Təsiri və Risk Faktorlarıvitamin d nədir və kimlər risk qrupuna aiddirXərçəngin erkən aşkarlanması üçün analizlərSelen vitamini niyə bu qədər vacibdir?

Gündəlik həyatda tez-tez rast gəlinən, lakin səbəbi aydın olmayan daimi yorğunluq və zəiflik hissi bir çox insanın əsas narahatlığıdır. Bəzən bu halların kökündə bədənimiz üçün həyati əhəmiyyətli olan dəmir və hemoqlobin səviyyələrinin çatışmazlığı durur. Xüsusilə qanda dəmir azlığı ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.

Dəmir və Hemoglobinin Sağlamlıqda Rolu

Bədənimizdəki dəmir, qırmızı qan hüceyrələrinin tərkibindəki əsas zülal olan hemoqlobinin formalaşması üçün kritik əhəmiyyət daşıyır. Hemoglobin, ağciyərlərdən oksigeni alaraq onu bədənin hər bir toxumasına və orqanına çatdıran əsas "daşıyıcı" molekuldur.
Dəmir çatışmazlığı baş verdikdə, orqanizm kifayət qədər hemoglobin istehsal edə bilmir, nəticədə toxumalara çatdırılan oksigenin miqdarı azalır. Bu vəziyyət hemoqlobin azlığı və ya dəmir çatışmazlığı anemiyası kimi tanınır.

Dəmir Çatışmazlığı Əlamətləri Nələrdir

Qanda dəmir çatışmazlığı və ya dəmir defisiti anemiyası müxtəlif əlamətlərlə özünü büruzə verir. Ən geniş yayılanları isə toxumaların oksigen aclığı səbəbindən yaranan daimi yorğunluq və zəiflikdir.
Əsas əlamətlər:
•Daimi yorğunluq və halsızlıq: İstirahətdən sonra belə keçməyən tükənmişlik hissi.
•Solğun Dəri: Dərinin və selikli qişaların (göz qapaqlarının içi) solğunlaşması.
•Baş ağrısı və başgicəllənmə.
•Saç tökülməsi və dırnaqların kövrəkləşməsi.
•Nəfəs darlığı və ürək döyüntüsünün artması (ürək oksigen çatışmazlığını kompensasiya etməyə çalışır).
•Diqqət toplama çətinliyi və idrak funksiyalarında zəifləmə.

Dəmir Artıran Qidalar hansılardır

Dəmir vitamini səviyyəsini normallaşdırmaq üçün balanslı qidalanma vacibdir. Dəmir artıran qidalar qəbul etmək anemiyanın yüngül formalarında və profilaktikasında çox effektivdir.
Dəmiri yüksək olan qidalar:
Heyvan mənşəli: Qırmızı ət (mal əti), ciyər, toyuq, balıq və dəniz məhsulları. Bu mənbələrdəki dəmir daha yaxşı mənimsənilir.
Bitki mənşəli: İspanaq, mərcimək, lobya, quru meyvələr (kişmiş, ərik), toxumlar və qoz-fındıq. Bitki mənşəli dəmiri mənimsəməyi artırmaq üçün onları C vitamini ilə zəngin qidalarla (məsələn, portağal suyu) birlikdə qəbul etmək tövsiyə olunur.

Hemoqlobin A2 Nədir və Niyə Vacibdir?

Hemoqlobin A2 (HbA2) normal qanda az miqdarda tapılan xüsusi bir hemoglobin növüdür. Bəs hemoqlobin A2 nədir və onun tibbi əhəmiyyəti nədir?
HbA2 səviyyəsi əsasən Beta-Talassemia daşıyıcılığının diaqnostikasında istifadə olunur. Talassemiya daşıyıcılarında HbA2 səviyyəsi adətən yüksək olur.
HbA2 Azlığı və Dəmir Çatışmazlığı:
HbA2 azlığı özlüyündə bir xəstəlik deyil, lakin çox vaxt dəmir çatışmazlığı anemiyası ilə əlaqəli olur. Dəmir çatışmazlığı HbA2-nin sintezini azaldaraq onun səviyyəsinin normadan aşağı düşməsinə səbəb ola bilər.
Əsas diqqət yetirilməli məqam:
Əgər həm dəmir çatışmazlığı, həm də Talassemiya şübhəsi varsa, dəmir müalicəsindən əvvəl HbA2 səviyyəsinin aşağı çıxması yanlış diaqnoza yol aça bilər. Buna görə də, həkimlər bəzən dəmir müalicəsindən sonra HbA2 səviyyəsinin təkrar yoxlanılmasını tələb edirlər.
Unutmayın! Daimi yorğunluq və zəiflik hiss edirsinizsə,  dəmir və homoqlobin yoxlanışıilə orqanizminizi təhlil etdirə və düzgün diaqnoz üçün mütləq həkimə müraciət edə bilərsiniz.

Hemoqlobin A2 Azlığının Qarşısının Alınması Yolları

Hemoqlobin A2 (HbA2) səviyyəsinin aşağı olması bir çox hallarda iki əsas səbəblə əlaqələndirilir: dəmir çatışmazlığı və ya alfa-talassemiya daşıyıcılığı (alfa-talassemiya minor). Hər iki vəziyyətin qarşısının alınması və ya idarə edilməsi fərqli yanaşmalar tələb edir.
1. Dəmir Çatışmazlığına Qarşı Mübarizə (Ən Yayğın Səbəb)
Əgər HbA2 azlığının səbəbi dəmir çatışmazlığıdırsa, bu, ən asan həll olunan problemdir. Dəmiri artırmaq üçün nələr etmək olar:
•Dəmir Zəngin Qidaların qəbulu - Qırmızı ət, qaraciyər, ispanaq, paxlalılar (mərcimək, lobya) və quru meyvələr kimi dəmir tərkibli qidaları rasionunuza daxil edin.
•C Vitamini əlavəsindən istifadə -  Dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün onu C vitamini ilə birlikdə qəbul edin (məsələn, dəmirli qida yedikdən sonra portağal şirəsi için).
•Həkim Nəzarəti-  Dəmir çatışmazlığı diaqnozu qoyulduqda, həkim tərəfindən təyin olunan dəmir preparatlarını müntəzəm qəbul etmək vacibdir. Özbaşına dərman qəbul etməkdən çəkinin.
2. Alfa-Talassemiya Daşıyıcılığında genetik faktorlar
Alfa-talassemiya daşıyıcılığı genetik bir vəziyyətdir və bu zaman HbA2 səviyyəsi aşağı ola bilər. Bu vəziyyətin qarşısını almaq mümkün deyil, çünki bu, irsi bir xüsusiyyətdir. Lakin onu idarə etmək və ağırlaşmaların qarşısını almaq mümkündür:
•Genetik Məsləhət- Əgər sizdə və ya ailənizdə talassemiya daşıyıcılığı varsa, xüsusilə hamiləlik planlaşdırarkən genetik məsləhət almaq həyati əhəmiyyət daşıyır. Bu, gələcək nəsillərdə xəstəliyin ağır formalarının yaranma riskini qiymətləndirməyə kömək edir.
•Dəmir Əlavələrindən imtina- Talassemiya daşıyıcılarında dəmir çatışmazlığı yoxdursa, dəmir əlavələrinin qəbulu tövsiyə edilmir, çünki bu, orqanizmdə dəmirin həddindən artıq yığılmasına (hemosideroz) səbəb ola bilər. Dəmir preparatları yalnız həkimin göstərişi ilə qəbul edilməlidir.
•Mütəmadi Həkim Nəzarəti- Daşıyıcılar üçün mütəmadi qan analizləri və həkim nəzarəti vacibdir ki, vəziyyət izlənilə bilsin və hər hansı bir ağırlaşma erkən aşkar edilsin.

HbA2 azlığının qarşısının alınması və ya idarə edilməsi üçün ilk addım onun əsl səbəbini (dəmir çatışmazlığı yoxsa genetik daşıyıcılıq) dəqiq müəyyən etməkdir. Bu, yalnız həkim tərəfindən aparılan müvafiq analizlər (məsələn, ferritin və hemoqlobin elektroforezi) nəticəsində mümkündür. 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi